Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev yeni səfiri qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib


Səfir Gennadi Axramoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi. Gennadi Axramoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Diplomat Gennadi Axramoviç ölkəmizə gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını dedi.

Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğuladı. Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan Prezident İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə etdi.

Xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu sayda dəyərlərin olduğunu qeyd edən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsinin önəmini diqqətə çatdırdı. Münasibətlərimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən Prezident İlham Əliyev bu əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı Gennadi Axramoviçin diplomatik fəaliyyəti dövründə fəal çalışacağına, yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirərək ona diplomatik fəaliyyətində uğurlar arzuladı.

Fövqəladə və səlahiyyətli səfir Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğuladı. Gennadi Axramoviç Azərbaycana səfir kimi təyinatını qəbul edərkən ölkəsinin Prezidenti Aleksandr Lukaşenkodan əlaqələrimizin mövcud baza üzərində əhəmiyyətli və dinamik şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı çox dəqiq göstərişlər aldığını bildirdi. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirdi. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar