Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev və xanımı ziyafətdə - Foto



Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı videotəqdimat olub


Noyabrın 21-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə ziyafət verilib.

 Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinə gəliblər. Dövlət başçısı və xanımı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşüblər.
 
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Daha sonra “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimi başlayıb.
 
Əvvəlcə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı videotəqdimat olub. Avropa Olimpiya Komitəsinin nümayəndəsi Con Tibbs prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının yüksək səviyyədə təşkil olunmasına görə bir daha minnətdarlığını bildirib. Qeyd edib ki, bugünkü mərasimin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Avropanın ən yaxşı atletlərinə “Pyotr Nurovski” mükafatının təqdim olunmasıdır. Con Tibbs vurğulayıb ki, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin keçmiş üzvü, Polşa Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışmış mərhum Pyotr Nurovskinin xatirəsinin əbədiləşdirilməsi üçün təsis olunan bu mükafat idmançıların qazandığı uğurların yüksək səviyyədə tanınmasına xidmət edir, atletlərə daha güclü rəqabət aparmaq üçün stimul verir.
 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki  çıxışında idmançılara uğurlar arzulayıb. Sonra Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının verilməsi mərasimi başlayıb. İtaliyadan olan üzgüçü Simone Sabioni 5 idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək “Pyotr Nurovski” mükafatının qalibi elan olunub. Qalan idmançılara da Avropa Olimpiya Komitəsinin mükafatları təqdim edilib. Müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qalib idmançıları təbrik edərək onlara yeni müvəffəqiyyətlər arzulayıblar. Xatirə şəkli çəkdirildikdən sonra tədbir ziyafət mərasimi və konsert proqramı ilə davam etdirilib. (azərtac)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar