İlham Əliyev BP rəhbərinə "Dostluq" ordeni verdi
Azərbaycan prezidenti İlham Əliyev BP qrupu baş icraçı direktorunun icra aparatının rəhbəri Alesder Darley Şeferd Kukun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, A. Kuk “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar və Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilib.