Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Zbiqnev Bjezinskinin vəfatı ilə əlaqədar başsağlığı verib


Prezident İlham əliyev Zbiqnev Bjezinskinin vəfatı ilə əlaqədar xanım Emiliya Beneşə başsağlığı məktubu göndərib


PİA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Beneş,

Həyat yoldaşınız - görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Zbiqnev Bjezinski uzun illərdən bəri davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O, dərin strateji araşdırmaları, hərtərəfli siyasi təhlilləri ilə dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr vermişdir.

Zbiqnev Bjezinski Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman böyük rəğbət bəslənilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Zbiqnev Bjezinskinin əvəzsiz xidmətləri olmuşdur.

Atam Prezident Heydər Əliyevlə aralarında mövcud olmuş səmimi dostluq münasibətlərini ailəmizdə həmişə yüksək tuturuq, ən xoş təəssüratlarla xatırlayırıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı veririk".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar