Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib


Dövlət başçısı ​Varvara Su Elektrik Stansiyasını işə salıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısının rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu işlərin nəticəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemində də köklü dəyişikliklər aparılır, əsaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərin arasında yeni su elektrik stansiyalarının inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Yevlaxda Varvara Su Elektrik Stansiyasının yenidən qurulması da bu qəbildən olan tədbirlərdəndir. Bu layihələrin icrası həm bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına və əlavə iş yerlərinin açılmasına zəmin yaradır.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına Varvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Ümumilikdə 3 hidroaqreqatdan ibarət olan bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə aşağı düşüb. 1990-cı ildən sonra isə stansiya cəmi 2-3 MVt güclə işləyib. Buna görə də 2010-cu ildən başlayaraq Mingəçevir Su Elektrik stansiyaları silsiləsinin yenidən qurulması layihəsi çərçivəsində Varvara Su Elektrik Stansiyasında da yenidənqurma işləri həyata keçirilib və uğurla başa çatdırılıb.

Məlumat verildi ki, yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb. Stansiyanın binası müasir tələblər nəzərə alınmaqla yenidən qurulub. Bundan başqa, 35 kilovoltluq qapalı paylayıcı qurğu və müvafiq ötürücü şəbəkə tam yenilənib, idarəetmə və tənzimləmə sistemi texnologiyanın son nailiyyətlərindən istifadə edilməklə müasirləşdirilib, bütün köməkçi avadanlıqlar təzələnib. Yenidənqurma zamanı sunəqledici kanalın sağ və sol sahillərində bərkitmə işləri görülüb, güc və xüsusi sərfiyyat transformatorları daha güclüləri və yeniləri ilə əvəz edilib.

Diqqətə çatdırıldı ki, Varvara Su Elektrik Stansiyası Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Prezident İlham Əliyev Varvara Su Elektrik Stansiyasını işə salıb.

Avadanlıqların təchizatı, eləcə də tikinti-quraşdırma işləri “Azərenerji” ASC-nin sifarişi ilə yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilib. İşlərin keyfiyyətlə və vaxtında icra edilməsi üçün bütün qüvvələr səfərbər olunub. Yenidənqurma işlərinə 150 nəfərdən çox yerli mütəxəssis cəlb edilib. Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, ətraf mühitin mühafizəsi gücləndirilib və yeni yaşıllıq zolağı salınıb.

Qeyd edək ki, Varvara Su Elektrik Stansiyasının yenidən qurulması ilə yanaşı, son vaxtlar 12 su elektrik stansiyası işə salınıb. Bu il daha bir neçə su elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasının başa çatdırılması da planlaşdırılır.

pia.az 







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar