Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Qazaxıstan səfirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib


Səfir Amangeldı Jumabayev qeyd etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb. 

O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Amangeldı Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.(AzərTac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar