Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Nadir Seyidovun vəfatı ilə əlaqədar başsağlığı verdi


Azərbaycan prezidenti, dövlət rəsmiləri və elm xadimləri Nadir Seyidovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar


Sənədi təqdim edir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, kimya elmləri doktoru, professor Nadir Mir İbrahim oğlu Seyidov 2015-ci il oktyabrın 5-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Nadir Seyidov 1932-ci il aprel ayının 28-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950-1955-ci illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində almışdır. Nadir Seyidov 1957-1960-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1955-ci ildən etibarən Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Nadir Seyidov 1961-ci ilədək burada laborant, kiçik elmi işçi, bölmə rəhbəri və şöbə müdiri, 1961-1992-ci illərdə İnstitutun "Elastomerlər" laboratoriyasının müdiri, 1992-1994-cü illərdə "Elastomer" kiçik müəssisəsinin direktoru, 1995-1997-ci illərdə Elmi İstehsalat Olefinlər İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 1997-2008-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışmışdır. O, eyni zamanda 2007-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsi katibinin müavini və akademik-katibi vəzifələrini tutmuş, 2013-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir.

Nadir Seyidov 1960-cı ildə neft kimyası ixtisası üzrə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1971-ci ildə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Nadir Seyidov neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində fundamental araşdırmaları ilə tanınırdı. Onun tədqiqatlarında bu sahənin ən aktual məsələləri öz elmi həllini tapmış və alınan nəticələr yüksək praktik əhəmiyyəti ilə səciyyələnmişdir. Alimin rəhbərliyi altında yeni sintetik kauçukların istehsal texnologiyası və onların sənayedə tətbiqi üçün tövsiyələr işlənib hazırlanmış, eləcə də sintetik yağlar və aşqarlar alınması istiqamətində geniş tədqiqat işləri həyata keçirilmişdir. Neft-kimya prosesində istifadə edilən, yüksək səmərəliliyə malik bir sıra yeni katalizatorların alınması və tətbiqi Nadir Seyidovun adı ilə bağlıdır.

Nadir Seyidov 350-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 16 xarici patentin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 100-dən çox müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin 130-dan artıq əsəri müxtəlif ölkələrdə nəşr olunmuş və mütəxəssislər tərəfindən yüksək diqqətlə qarşılanmışdır.

Nadir Seyidov səmərəli elmi yaradıcılıqla yanaşı, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Dövlət Universitetində uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq kimya elmləri sahəsində yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermişdir. Onun rəhbərliyi ilə 40-a yaxın elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi almışdır. Alim çox sayda mötəbər beynəlxalq simpozium və konfranslarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Nadir Seyidovun məhsuldar elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, həmçinin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, gözəl pedaqoq və səmimi insan Nadir Mir İbrahim oğlu Seyidovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!




Ramiz Mehdiyev


Hacıbala Abutalıbov

Fatma Abdullazadə


Mikayıl Cabbarov

İbrahim Quliyev

İsa Həbibbəyli

Tofiq Nağıyev

Dilqəm Tağıyev

Rəfiqə Əliyeva


Vaqif Fərzəliyev

Vaqif Abbasov

Akif Əzizov

Fuad Əliyev

Məhərrəm Məmmədyarov

Kamil Sadıxov

Musa Rüstəmov

Ağadadaş Əliyev"

Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il oktyabrın 6-da saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar