Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev İpək Yolu ilə bağlı bir sıra təkliflər irəli sürüb


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi" adlı interaktiv iclasında İpək Yolu ilə bağlı bir sıra təkliflərlə çıxış edib


PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanda bütün əsas nəqliyyat infrastruktur layihələri dövlət büdcəsindən və Dövlət Neft Fondundan maliyyələşdirilib:

 "Çünki birincisi, özəl sektorun investisiya yatırmaq üçün kifayət qədər vəsaiti yox idi və ikincisi, bu, strateji və uzunmüddətli investisiya idi. Bu investisiyalar uzun illər ərzində özünü doğruldacaq və gəlir gətirəcəkdir. Buna görə dəmir yolu infrastrukturu, Xəzər gəmiçiliyi, hava yolları, yollar, İpək Yolu - hər şey dövlət vəsaiti hesabına edilir. Lakin bu, özəl sektor üçün də imkanlar yaradır.

Mən Bakıda yeni limanın tikintisini qeyd etdim. Bizim artıq azad zona kimi bir neçə min hektar torpaq ərazimiz var və bu, dəniz limanının yaxınlığında yerləşir. Bütün yerli və xarici şirkətlər bu layihədə iştirak etməyə və istehsal prosesinə qoşulmağa dəvət olunurlar. Eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində xüsusi sənaye zonaları təşkil etmək üçün biz xüsusi infrastruktur yaradırıq və orada su, qaz, elektrik enerjisi, yollar, dəmir yolu olduqda özəl sektor artıq investor qismində iştirak edir. Bundan sonra onlar bu işlərə cəlb olunurlar. Beləliklə, biz özəl sektora yaxşı şərait yaratmağa və onlar üçün çox ağır olan maliyyə yükü qoymamağa və infrastruktur yaratmaqla özəl sektoru stimullaşdırmağa çalışırıq".

İlham Əliyev qeyd edib ki, bu gün bir çox ölkələr İpək Yolunun müxtəlif seqmentlərinə diqqət yetirir: "Biz bilirik ki, İpək Yolu qlobal layihədir. Ona görə də mənim təklifim İpək Yolu üzərində yerləşən, İpək Yoluna qoşulmaq istəyən, lakin ola bilsin, ona yaxın olmayan bütün ölkələrin nazirlərinin görüşünün təşkil edilməsi, layihənin yenidən nəzərdən keçirilməsi və nə vaxt, nəyi etmək lazım olması - qrafik, hədəflər, həyata keçirilmə ilə bağlı konkret qərarların qəbul edilməsi və bütün ölkələr arasında əlaqələndirmə qurumunun yaradılması, ildə bir dəfə görüşün keçirilməsi və layihənin icrasına nəzarət olunmasından ibarətdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar