Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib


Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğuladı. Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğuladı.
 
Daxili işlər naziri Giorgi Mqebrişvili Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd etdi. O, ölkəsinin Azərbaycan ilə mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.
 
Dövlətimizin başçısı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar