Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Ərdoğanla Qarabağı müzakirə edib


İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb və birgə şam ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər və şam ediblər.

Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresinin Türkiyədə keçirilməsi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Söhbət zamanı ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icra olunduğu qeyd edilib, xüsusilə TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimizin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar