Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev ABŞ dövlət katibinin nümayəndələrini qəbul edib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink ABŞAzərbaycan prezidentlərinin ikitərəfli münasibətlərimizlə bağlı apardıqları müzakirələrdən sonra prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirib. 

Əvvəllər də Azərbaycana səfər etdiyini bildirən xanım Bridcet Brink paytaxtımızda gedən müsbət dəyişikliklərin onlarda dərin təəssürat yaratdığını deyib.

Dövlətimizin başçısı G20-nin Antalya toplantısında ABŞ prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib.

Ölkələrimizin müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrimizin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar