Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev-Sərkisyan görüşünün təfərrüatları



Prezidentlərin görüşündə girovların məsələsi də müzakirə olunub


 Yelisey sarayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ danışıqlarının bəzi detalları məlum olub.

ANS TV-nin “Frans press”ə istinadən verdiyi məlumata görə, Parisdə Qarabağ danışıqlarında əla atsmosfer olub. Lakin müzakirələr müsbət nəticə verməyib. İrəliləyişə nail olmaq üçün böyük sülh sazişinin hazırlanması təklif edilib. Fransanın dövlət başçısı prezident İlham Əliyevi və Serj Sarkisyanı AzərbaycanErmənistan əhalisini sülhə hazırlamaq üçün siyasi iradə nümayiş etdirməyə çağırıb. Status-kvonun qəbuledilməzliyi vurğulanan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk Qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqları intensivləşdirmək qərara alınıb.

Prezidentlərin görüşündə azərbaycanlı girovların məsələsi müzakirə olunub. Görüş günü Ermənistanın saxta məhkəmə qurması elə-belə deyildi. Soçi danışıqlarında müzakirə predmeti olan Kəlbəcərli girovların məsələsi ilə bağlı bu dəfə az da olsa, irəliləyiş var. Yelisey sarayının rəsmi açıqlamasına görə, AzərbaycanErmənistan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq barədə qərarına gəliblər.

Politoloqlar, Paris görüşünü qoşunların təmas xəttində artan gərginlik fonunda danışıqları yenidən bərpa etmək baxımından effektiv sayır. Amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb ki, AzərbaycanErmənistan prezidentlərinin Paris görüşü irəliyə doğru müsbət addımdır. Rəsmi İrəvan görüşlə bağlı açıqlama yayıb. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin görüşünü faydalı və konstruktiv sayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar