Xəbər xətti

26 İYUL

0:55 Putin: “Rusiya bu ölkəyə yardım edir”

0:47 Alimlərdən yeni xəbərdarlıq

0:33 Kürdə biogen maddələrin miqdarı xeyli artıb

0:27 Trampdan Ukraynaya ittiham

0:12 Çinlə Şimali Koreyanın arasında nə baş verir?

0:02 Bu gün bürcünüz nələr vəd edir?

25 İYUL

23:56 Türkiyə təyyarəsi Əlcəzairdə təcili eniş etdi

23:42 Bordin: “Belə oynamağa məcbur idik”

23:37 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq

23:24 FED dollarla bağlı hansı qərarı verəcək?

23:18 Azərbaycan gürcü şaftalısının əsas idxalçılarından biridir

23:03 Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb

22:56 Müdafiə Nazirliyi: “Hərbi xidmət barədə müzakirələr aparmayın!”

22:41 Gədəbəy sakini bıçaqlanıb

22:37 “Türkiyənin AB-yə üzvlüyü məntiqsizdir”

22:23 Adil Əliyev: “Bu manyaklar övladlarımızın qarşısına çıxa bilər”

22:11 Toy sahiblərinə “toy tutan” şadlıq evləri - Araşdırma

22:06 Qardaşı oğlu 50 yaşlı kişini döydü

21:59 Tovuzda yol qəzası: 2 yaralı

21:44 Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

21:39 Məmməd Səfa: “Aktyorun protezi tamaşaçının əlində qaldı”

21:26 “Neftçi” – “Şalke” matçı canlı yayımlanacaq

21:13 Türkiyə Rusiyadan “S-400”-ləri aldı

21:09 Əsədovun milyonçuya çevirilən rəisi...

20:55 “Moody”s” Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

20:42 “Qarabağ” - “Şerif”: heyətlər bəlli oldu

20:38 Krallıq rəhbərlərindən G20 sammitinə niyə qatılan olmadı?

20:26 Bakıda avtomobil bazarında durğunluq yaranıb

20:14 Faşist Almaniyası dövrünə aid 4 ton qızıl tapıldı

20:02 Neft bahalaşıb

19:57 “Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib

19:53 “Rusiya erməni faktorundan imtina etməlidir”

19:48 Fransa meri siçovul yedi

19:44 Sabahın məzənnəsi

19:37 “Ərdoğanın səfəri heç nəyi dəyişmədi”

19:32 Ermənistanda qubernatorun müşaviri itkin düşdü

19:27 Muğan-Qarasu dəmir yol xətti təmir olunur

19:22 Ankarada ticarət mərkəzi yanır

19:17 Plyonkaya görə 14 sürücü cərimələndi

19:14 Kreml: “Ərdoğanın açıqlamasını şərh etməyəcəyik”

19:10 Nazir: “Azərbaycan bu ölkələr sırasında beşinci yerdədir”

19:06 Poroşenko Dövlət Sərhəd Xidmətinə yeni rəhbər gətirdi

19:01 Mehriban Əliyeva nəvəsi ilə - Foto

18:55 Altı ayda qeyri-neft ixracı 27 faiz artıb

18:51 Tələbənin ölümü ilə bağlı DYP əməkdaşı danışdı

18:47 “Valideynlərimdən imtina edəcəm”

18:42 Ağstafada qadın canavarların hücumuna məruz qalıb

18:39 Elmira Axundovadan prezidentlərinin görüşünə münasibət

18:35 Hacıqabul Sənaye Məhəlləsi yaradılır

18:31 ABŞ hərbi gəmisi İran gəmisinə atəş açdı

18:26 Prezidentdən Maldiv və Liberiyanın dövlət başçılarına təbrik

18:23 İş adamı villasında intihar etdi

18:19 Neftçala sakini itkin düşüb

18:15 “Pula görə evlənir, 6 ay sonra da boşanırlar”

18:11 Müəllim işləmək üçün imtahan verənlərin sayı açıqlandı

18:07 2017-ci ildə səyahət üçün ən təhlükəli ölkələr - Siyahı

18:03 Hindistanın yeni prezidenti fəaliyyətə başladı

18:00 İstanbulda 3-cü aeroport tikilir

17:55 4 min nəfər müəllim olmaq üçün imtahan verdi –Təhsil Nazirliyi

17:50 Könüldən Namiq etirafı: “Onunla oxumaq istəmirdim”

17:44 “Aeroflot”un əməkdaşları etiraz qalxdı: “Maaşımızı qaldırın”

17:39 İndoneziya sahillərində qayıq batıb, azı 8 nəfər həlak olub

17:33 İŞİD-ə qoşulmaq istəyən şəxs tutulub

17:26 Tankçılarımız “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində iştirak ediblər

17:20 “Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik”

17:13 Dolların sabaha olan məzənnəsi

17:05 Dünyanın ilk pilotsuz gəmisi gələn il istifadəyə veriləcək

16:55 “Şoka düşdüm...” - Oksana

16:50 Ermənistanda abituriyentlərin sayı azalır

16:36 Qarpız dilimləri gülüş smaylikidir sahildə

16:30 2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edildi

16:23 Hindistanın yeni prezidenti səlahiyyətlərinin icrasına başladı

16:16 Donald Tramp baş prokuroru Klinton işi il bağlı sərt tənqid edib

16:11 Yaqub Mahmudov: “Rusiya erməni faktorundan imtina etməlidir”

16:05 ABŞ-dakı erməni mafiyasının gizlinləri...

15:57 Müdafiə Nazirliyindən daha bir xəbərdarlıq

15:50 “Lotu Quli”nin yeznəsi vaxtından əvvəl azadlıqda

15:43 YouTube-dan gözlənilməz qərar

15:36 25 arvadı, 145 uşağı olan keşiş həbs olundu

15:30 Azərbaycan Vikipediyada 53-cü pilləyə yüksəlib

15:24 MN: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib, əsgərimiz yaralanıb

15:17 İranda böyük əməliyyat: 700 narkotacir tutuldu

15:12 ABŞ dövlət katibi Reks Tillerson istefa verməyə hazırlaşır

15:07 Bülənt Ərsoydan hədə dolu ismarış: “Özünə fəlakət bəyənsin”

14:58 İsrail əl-Əqsa məscidi ilə bağlı qərarını dəyişdi – Dəmir detektorlar qaldırıldı

14:52 Altı qazaxıstanlı tələbə Misirdə itkin düşüb

14:45 Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

14:40 “Microsoft” süni intellektli eynək buraxacaq

14:33 DİM yanğınla bağlı təxliyə olunan abituriyentlərə müraciət edib

14:27 Qonşusunu güllələyib xəstəxanalıq etdi - Hacıqabulda

13:50 Şabranda 22 yaşlı oğlan bıçaqlanıb

13:45 Naməlum şəxs “Allahu Əkbər” qışqırıb polislərə hücum etdi – İspaniyada

13:41 Bu dondurmalarda ciddi nöqsanlar aşkarlanıb – Siyahı

13:37 Rusiyada beş nəfərlik azərbaycanlı ailəsinin yanaraq olməsi ilə bağlı cinayət işi başlanıb

13:23 Emin rusiyalı məşhurla duet oxudu

13:18 “iPhone” ların ekranını “Apple” özü istehsal edəcək

13:12 II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı

13:07 Ərdoğan Əl-Aksa məscidi ilə bağlı dünya müsəlmanlarına çağırış edib

13:01 Ermənistan Kürü zəhərləyir

12:56 “Qarabağ”ın oyununa azarkeş axını: “20 min bilet artıq satılıb”

12:51 BP: TANAP bizim üçün əhəmiyyətli layihədir

12:46 Dünyanın ən bahalı aktyoru “Apple”in reklamında çəkildi

12:41 Bugünkü hərracda yeddi dövlət əmlakı özəlləşdirilib

12:36 “Bir daha ərə getmərəm”

12:30 Eks prezidentin mətbuat katibinin məhkəməsi davam edir

12:25 Sabah hava necə olacaq?

12:19 “Şansımız az deyil” - Filip Ozobiç

12:14 Sabiq respublika prokuroru məmurları “topa tutdu”

12:09 İraqda iki terror aktında ölənlər və yaralananlar var

12:04 OK

11:59 BNA: 24 nömrəli avtobusun hərəkəti dəyişdirilib

11:53 Kolleclərə ixtisas seçimi başlayıb

11:49 Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü

11:44 Rafiq Tağı gənc yazara niyə hirslənmişdi?

11:39 Binadan yıxılan 1 yaşlı uşaq öldü

11:33 Erməni politoloq: “Çin Azərbaycan-Gürcüstan-Türkiyə üzərindən Avropaya çıxır”

11:27 Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

11:22 Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir

11:17 Müğənninin xanımı əsəbiləşdi

11:12 Rəsul Quliyev hökumətin enerji siyasətini tənqid etdi


GÜNDƏM

...

İlham Əliyev: “Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq”

Tarix 17.07.17, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 17-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının Prezidenti Raymonds Veyonis və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər


Prezident İlham Əliyevin bəyanatı

- Çox sağ olun, cənab Prezident.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq.

Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.

Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram.

Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.

İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək.

Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə, qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir.

Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim.

Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun.

Nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var. Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar.

Cənab Prezident qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir.

Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir. Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir.

Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Öz növbəmdə, Sizi Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sağ olun. (azərtac)

***

Raymonds Veyonis deyib: 

"Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu gün burada, Riqada rəsmi səfəri çərçivəsində qəbul edirəm. Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır.
Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər – təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.

Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək. Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Mənə elə gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq.
Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında – Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər.

Mən Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək.

Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir.

Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.
Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik.
Zati-aliləri, çıxışımın sonunda bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm, çox sağ olun.


pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Donald Tramp baş prokuroru Klinton işi il bağlı sərt tənqid edib

bitmap-img3

Rakurs

Azərbaycanda yeni reklam şirkəti fəaliyyətə başlayıb

bitmap-img3

Seçmələr

Azərbaycanın öz torpaqlarını hərbi yolla geri qaytarmasına Rusiya göz yuma bilərmi?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru