Çərşənbə, 23 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq


Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini də strukturuna daxil edəcək yeni İlahiyyat İnstitutu dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrlar hazırlayacaq


 Ən maraqlısı isə odur ki, İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq.

Məlumata görə, dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını təmin etmək üçün yaradılan yeni təhsil ocağına hazırda inzibati bina axtarılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Xəzər Xəbər”ə deyib ki, hələlik ixtisasların konkret sayı məlum olmasa da, məzunların işləyəcəkləri sahələr bəllidir.
İnstitut üçün yataqxana ayrılması da planlaşdırılır. Qəbul prosesi nöqteyi-nəzərdən isə buranın digər təhsil ocaqlarından heç bir fərqi olmayacaq.

Gündüz İsmayılovun sözlərinə görə, yeni təsis olunacaq struktura təkcə təhsil məsələsi kimi yanaşmaq olmaz.

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq. Çünki qanunla xaricdə dini təhsil alan şəxsin ideoloji fərqlilik baxımından ölkədə fəaliyyətinə müəyyən məhdudiyyətlər qoyulub.

pia.az
Etiket:
loading...