Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlahə Fəda: “Nə mən, nə də anam Fədayə barədə...”


Fədayə Laçının vəkili: “Müğənninin ailəsinin maddi durumu ağırdır”


Hazırda həbsdə olan müğənni Fədayə Laçının ailəsinə baş çəkən Nadir Qafarzadə onların maddi və mənəvi dəstəyə ehtiyacı olduğu haqda açıqlama verib.

Belə ki, o, fikirlərini sosial şəbəkə vasitəsilə bildirib: "Manaf Ağayevlə Fədayə Laçının ailəsinə baş çəkdik. Onların indi mənəvi dəstəyə çox ehtiyacları var. Onlara diqqət lazımdır. Anası, bacıları, oğlu gözüyaşlıdır. Bir çoxunuz gedib, o ailəyə baş çəksəniz, yaxşı olar. Həm mənəvi, həm də maddi dəstək ola bilərsiniz. Fədayə bu gün həbsdədirsə, deməli, ailəsi əziyyət çəkir”.

Musavat.com məsələ ilə bağlı ifaçının bacısı, müğənni İlahə Fəda ilə əlaqə saxlayıb. O, açıqlamasında deyib ki, bacısının həbsi haqqında danışmaq istəmir: “Mən Fədayənin həbsi ilə bağlı danışmaq istəmirəm. Nə mən, nə anam, nə də ailəmiz bu məsələ barədə açıqlama vermək istəyir. Ona görə də mənim vaxtımı almayın”.  

N.Qafarzadənin fikirlərinə Fədayənin vəkili Türkel Süleymanlı isə belə münasibət bildirib: “Fədayə Laçının işi ilə bağlı yenilik yoxdur. İstintaq davam edir. Ailəsinin maddi dəstəyə ehtiyacının olması doğrudur. Vəziyyətləri ürəkaçan deyil. Fədayə ailənin maddi dayağı idi”.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar