Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İkibaşli qartalın yeni şikarı

1995-2000-ci illər arasında azı ayda bir dəfə Rusiyada gedən proseslərdən, bu dövlətin xarici siyasətində heç bir dəyişiklik etməsindən, hələ də imperiya ambisiyalarıyla yaşamasından yazırdım. Bəzi həmkarlarım irad tuturdular: “Aktual mövzu deyil”


İlk baxışdan doğrudan da aktual mövzuya oxşamırdı. Çeçen mücahid Şamil Basayev o boyda dövlətin dizini yerə gətirmişdi, elə görünürdü ki, Rusiya daha dirçələ bilməyəcək, qonşularına qarşı aqressiv olmayacaq. O dönəmdə qoca Rusiya dişləri sökülmüş canavara, caynaqları sınmış ayıya bənzəyirdi. Amma ikibaşlı qartalın qəzəbli bağışlarını, gözlərindəki kini, nifrəti görmək çətin deyildi.

Putini hakimiyyətə velikorus şovinizmi, imperiya ambisiyaları gətirdi. O gəldi, gələli, Rusiyanı toparlamağa başladı, əvvəlcə daxildəki separatizm ocaqlarını bir-birini ardınca söndürdü, sonra Rusiyanın sərvətlərini talayan, pay-bölüş edən oliqarxların ipini yığdı, ölkədə pis-yaxşı qayda-qanun yaratdı. Ancaq ölkə bir balaca özünə gələn kimi imperiya iddialarını yenidən dirçəldi.

Yenə Qərblə Rusiyanın arasından soyuq müharibə yelləri əsməyə başladı, yenə dövlətin xarici və daxili siyasətini hərbi-sənaye kompleksi, kəşfiyyat-xəfiyyə elitası müəyyənləşdirdi, yenə ölkə Kremlin total nəzarətinə götürüldü.

Budur, artıq neçə vaxtdır ki, Rusiya keçmiş SSRİ-yə daxil olan respublikalarla “böyük qardaş-kiçik qardaş” söhbəti edir.

Bu ölkə yalnız Baltikyanı dövlətlərdən (Litva, Estoniya, Latviya) əl götürüb, yerdə qalanları pəncəsinin altından buraxmır. Orta Asiya respublikaları zatən lap əvvəldən Rusiya ilə çiling-ağac oynamağa qalxmamışdılar, hələ də fağır bir şəkildə oturub Rusiyanın onların talaeyini necə həll edəcəyini gösləyirlər. Bir səhər Kremldən əmr gəlsə ki, SSRİ bu gün bərpa olunmalıdır, artıq axşam Orta Asiyanın müstəqil dövlətləri yeni ittifaqa qoşulduqlarını elan edəcəklər.

1988-ci ildə SSRİ-dən çıxmaq təklifini ilk qaldıran Ermənistan da eləcə, yalandan mızıldanacaq, amma Rusiyanın bir sözünü iki etməyəcək. Belorus da o cümlədən.

Ortada qalır Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan – yəni GUAM ölkələri, 1997-ci ildə yaranan təşkilatın üzvləri.

 Rusiyanın, Putinin imperiya ambisiyalarının qarşısında dayanan yalnız bunlardır. Hamısının da başı dərddədir. Azərbaycan, Gürcüstan və Moldova separatçı bölgələr (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Pridnestrovye) amili ilə boğulmaqdadır, Ukraynada isə separatizm tonqalının altını yeni-yeni üfürürlər.

Kreml öz strateji xəttini özü seçərək Avropaya inteqrasiya xətti götürən, öz qatil və korrupsioner rəhbərini qovan xalqı, dövləti cəzasız buraxmaq istəmir. Bu günlərdə Rusiyanın siyasi elitası son 70 ildəki ən qəzəbli günlərini yaşayır, özünü müharibədə uduzmuş hesab edir və revanş aksiyası planlayır.

Kremldəki ikibaşlı qartalın bir başı artıq boynunu Krımın üzərinə döndərib. Rusiya parlamenti Ukraynanın daxili işlərinə müdaxilə etmək fikrindədir, bu dövlətdən Rusiyanın maraqlarına təhlükə gəlməsi ilə bağlı situasiyanın monitorinqini aparmağı xüsusi komissiyaya tapşırıb. Krımda parlamentin binasında Rusiya bayrağı qaldırılıb. Rusiya mediası Ukraynaya qarşı informasiya müharibəsini davam etdirir.

Sanki Ukrayna Rusiyanın federal subyektlərindən biri imiş. Bir dövlətdə birləşən federal subyektlər də bir-birinin işinə bu qədər asanlıqla və həyasızlıqla qarışa bilməzlər ki, bunu Rusiya Ukraynaya qarşı edir.

Gürcüstanda hələ də istədiyinə nail ola bilməyən, bu ölkənin yeni rəhbərliyinin də Moskvayanlı olmasını təmin etməyi bacarmayan Putin administrasiyası Ukraynanın Avropaya yaxınlaşmasının qarşısını almaqdan ötrü bütün gücünü ortaya qoymaq əzmindədir.

Aydın məsələdir ki, Avrasiya İttifaqının və Gömrük Birliyinin yaranmasına müqavimət göstərən ölkələrin başında gələn Ukrayna ram edilməyincə Moskvanın neo-imperiya ambisiyası havada qalacaq.

Bu regionun nicatı Ukraynanın güclənməsində, Rusiyanın 1995-2000-ci illər arasındakı durumuna qayıtmasındadır. Yoxsa şimal küləyi bu regionda çox qasırğalar yaradacaq.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar