Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki rayonu əsarətdə saxlayan Leysanovun “QAİ” uzantısı- Təfsilat

PİA.AZ xəbər verir ki, Gunxeber.com-a “Salyan Pambıqtəmizləmə qapalı tipli MMC”nin rəhbəri Bahəddin Leysanov haqda şikayət məktubu daxil olub


SalyanNeftçala sakinləri adından göndərilən məktubda bildirilir ki, B.Leysanov bu iki rayonun ərazilərini zəbt edib və müxtəlif kəndlərin sakinləri onun əməlləri ucbatından bu gün torpaq üzünə həsrətdirlər.

Onların bildirdiyinə görə, B.Leysanov NeftçalaSalyanın torpaqlarını bələdyyələrdən guya icarəyə götürmək adı ilə 99 illiyinə alıb. İmkanlarından istifadə edən Leysanov həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, çox hissəsi isə hələ də istifadə olunmur. Hansı ki, həmin ərazilər qanunla yerli sakinlər arasında bölünməlidir. Məktubda bildirilir ki, sakinlər onlara çatacaq torpaq sahələrinin qanunsuz olaraq B.Leysanova verilməsi ilə bağlı Salyanın bundan əvvəlki icra başçısı Tahir Kərimova və indiki başçı Sevindik Hətəmova, eləcə də Neftçalanın icra başçısı İsmayıl Vəliyevə müraciət etsələr də, heç bir tədbir görülməyib. Leysanov SalyanNeftçala sakinlərinin torpalarını mənimsəməkdə davam edir.

Məktub müəllifləri bildiriblər ki, Leysanovun təkcə Neftçalada iki yanacaqdoldurma məntəqəsi var. Eyni zamanda o Neftçala, Salyan, Şirvan, SabirabadBiləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizinə sahibdir. Həmin zavodlar işləməsə də, B.Leysanov onların faktiki sahiblərindən biridir.

Qanunsuzluqlarla milyonlara sahib olan bu şəxsin işçiləri ilə kobud davrandığı və onları incitdiyi bidirilir. Faktiki olaraq Leysanovun iki rayonu əsarətdə saxladığı qeyd olunur.

 Müəlliflər bildirrilər ki, B.Leysanovun qanunsuz yollarla qazandığı pulla hesabına Bakının müxtəlif yerlərdə onlarla mülkü var. Onlardan biri isə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşir. Keçmiş “Qarabağ” pioner düşərgəsi kimi tanınan əraziyə yaxın yerdə yerləşən bu villanın azı bir neçə yüz min manat qiymətinin olduğu bildirilir. Məktubda qeyd olunur ki, pulu hesabına oğlu Afəddin Leysanovu “QAİ”də yüksək vəzifəyə təyin etdirə bilən B.Leysanov indi oğlunun və onun rəisi olan Mşüşviq Rəhimovun da əli ilə pul qazanır. Oğlu mayor rütbəsində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinin inispektoru işləyən B.Leysanov A.Leysanov  və M.Rəhimovun vasitəsilə el arasında “zerkalno”nömrələr kimi tanınan nömrələrin küllü-məbləğdə para qarşılığında müxtəlif şəxslərə verilməsi ilə də məşğuldur.

Hər halda onun, oğlunun və M.Rəhimovun bu alverindən  Baş Dövlət Yol Polisi İdarəsin rəisi Ramiz Zeynalovun da xəbərsiz olduğu şübhə doğurur. Əgər general xəbərsizdirsə, yəqin ki, bu yazıdan sonra heç olmasa sözügedən məsələ ilə maraqlana bilər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar