Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki partiya seçkilərdə iştirak etməyəcək


AXCP və ALP-nin seçkiyə getməyəcəyi qətiləşir


Seçki kampaniyasının başlanmasından bir həftəyə yaxın vaxt keçir. 

Artıq az-çox üzdə olan siyasi partiyaların əksəriyyəti seçkidə iştirak edirlər. Belə ki, onlar deputatlığa namizədlərinin siyahılarını açıqlayırlar, MSK-ya səlahiyyətli nümayəndələr təqdim edirlər. AXCP və Liberal Partiyası istisna olmaqla tanınmış partiyaların hamısı seçkiyə qatılıb. Liberal Partiyası hələlik susur və hansı addımı atacağı bəlli deyil.

 AXCP-nin isə sədrinin və rəhbərliyinin açıqlamalarından belə qənaətə gəlmək olar ki, onlar seçkidə iştirak etmək fikrində deyillər. Boykot barədə rəsmi qərarları olmasa da boykota kökləniblər.

Seçkidə iştirak edən aparıcı müxalifət partiyası olan Müsavatın başqanı Arif Hacılı bildirib ki, qeyri-bərabər də olsa, iki aylıq seçki kampaniyası müddətində siyasi fəaliyyət üçün imkanlar var. Müsavat Partiyası bu imkanlardan yararlanmalı, parlament seçkilərində iştirak etməlidir: “Kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştirak etməli və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırmalıdır. Müsavat Partiyası rəhbərliyinin Milli Məclisə daxil olacağı barədə illüziyalara malik deyilik. Seçkidə iki məqsədlə iştirak edəcəyik. Birinci, ölkədəki siyasi vəziyyətin dəyişməsinə çalışacağıq, ikincisi, bu seçki kampaniyasından da partiyanın məqsədlərinin cəmiyyətinə çatdırılması üçün istifadə edəcəyik. Seçkilərin yola verilməsinə imkan verməyəcəyik, Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə hüquqlarımızın bir qismini bərpa edəcəyik”.

Seçkidə iştirak edən ADP-nin sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, “Siyasi partiyalar haqqında” Qanuna görə, partiya üzvlərinin hüquqlarını hər hansı bir ad altında məhdudlaşdırmaq olmaz. O cümlədən də partiya qərar verib üzvlərini aktiv şəkildə boykota çağıra bilməz. İkincisi, Seçki Məcəlləsinə görə, vətəndaşların seçkidən yayındırılması inzibati qanun pozuntusu hesab olunur. Ona görə də, heç kəs açıq şəkildə və qərarla seçkini boykot edə bilməz: “Sadəcə olaraq partiya seçkiyə getməyi məqsədəuyğun hesab etməyə bilər. Konkret olaraq AXCP-nin seçki siyasəti bəllidir. Məsələn, ölkənin bütün müxalifəti seçkini boykot etdiyi dövrlərdə Əli Kərimlinin rəhbərliyi altında AXCP dəfələrlə seçkiyə gedib və 5-6 mandat əldə edib. Odur ki, AXCP-nin özünəməxsus seçki yolu var. Bütün partiyalar boykot edəndə AXCP seçkilərə gedirdi. İndi hamı seçkiyə gedir, AXCP isə getməməklə bağlı mövqe ifadə edir. Bu, Əli Kərimli və onun rəhbərlik etdiyi qrupun xüsusi davranışıdır. Bəlkə də, hamıdan fərqlənmək üçün. Seçkini boykot etmək iddiasına düşənlər keçmiş təcrübələri xatırlasınlar. Onda görəcəklər ki, boykot taktikası ilə Azərbaycanda demokratiyaya xidmət etmək mümkün deyil”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar