Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İki nəfərin ölümündə təqsirləndirilən şəxslərə bəraət verildi


İki nəfərin ölümündə ittiham olunan şəxs barəsində bəraət hokmü çıxarılıb


Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib. 

Vəkil bildirib ki, dövlət ittihamçısı hüquqlarını müdafiə etdiyi şəxsə ömürlük azadlıqdan mərhum etmə cəzası, digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğluna isə 20 il müddətinə azadlıqdan mərhum cəzası istəyib. 

“Buna baxmayaraq, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin ədalətli hakimi Elmin Rüstəmovun hökmü ilə təqsirləri sübuta yetirilmədiyindən hər iki şəxsə bəraət verilib. Bununla da ağır gunaha batmış və hazırda Şəmkir rayon prokuroru olan Azər Hətəmovun qondarma ittihamı darmadağın olunub”.

Qeyd edək ki, Orucov Səxavət Oruc oğluna elan olunmuş ittihamda qeyd olunub ki, o, Həsənov Şaiq Tahir oğlu və Aslanov Aqil İsrəfil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 sentyabr 2016-cı il tarixdə aşkar surətdə köməksiz vəziyyətdə olan Musayev Səxavət İrayət oğlunu tamah məqsədilə, quldurluqla əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürüb. Külli miqdarda əmlakı ələ keçirib öz aralarında bölüşməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında , silah qismində istifadə olunan əşyalar tətbiq etməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq edib.

Bundan başqa, Orucov Səxavət Oruc oğluna elan olunmuş ittihamda qeyd olunub ki, o, 19 fearal 2014-cü il tarixdə gecə saat 03:30 radələrində Mirzəyev Sənan Ərşad oğlunun yaşadığı Tərtər şəhəri, Vasif Hüseynov küçəsi 2 nömrəli evin içərisinə daxil olaraq qisas niyyəti ilə sonuncunun ürək nahiyəsinə təxminən 1 metr məsafədən atəş açmaqla Mirzəyev Sənan Ərşad oğlunun sağlamlığına qəsdən ağır zərər vuraraq qəsdən öldürüb.

Digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğluna Musayev Səxavət İrayət oğlunun qəsdən öldürmələrinə görə eyni ittihamlar verilib.

Məhkəmə istintaqı zamanı sübuta yetirilib ki, qeyd olunan cinayət hadisələri törədilərkən Orucov Səxavət Oruc oğlu və Həsənov Şaiq Tahir oğlu cinayətin törədilmə yerində olmayıb. Bu, şahid ifadələri və telefon-danışıq anten dairəsi ilə, eyni zamanda digər mötəbər sübutlarla tam təsdiq edilib.

 pia.az
Etiket:
loading...