Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki dünya nəhənginin ticarət savaşının pərdəarxası məqamları...

ABŞ prezidenti Donald Tramp polad idxalına 25, alüminium idxalına isə 10 faiz rüsum tətbiq olunduğunu bəyan edəndən az sonra Çin hökuməti də hərəkətə keçdi


 Pekin elan etdi ki, avtomobil, kimyəvi məhsullar, tütün və soya daxil olmaqla, ABŞ-dan idxal edilən 106 adda məhsula əlavə 25 faiz dəyərində yeni tariflər tətbiq edəcək. Məlum qərar ABŞ-ın Çin məhsullarının rüsumlarını artırmağa başladığı vaxtdan qüvvəyə minəcək.

Çin bu addımın Birləşmiş Ştatların ölkədən idxal olunan təxminən 1300 adda məhsula (informasiya və kommunikasiya texnologiyaları, elektrik avadanlıqları, aviasiya üçün ehtiyat hissələri, “sputniklər”, dərman preparatları, maşınqayırma ləvazimatları və s.) əlavə tariflər tətbiq etməyə hazırlaşmasına dair son qərarına cavab olduğunu bildirdi. Bu məhsulların idxalına ildə 50 milyard dollar sərf olunurdu.

Çinin Vaşinqtondakı səfirliyi açıqladı ki, ABŞ-ın bu addımları nə Pekinin, nə də Birləşmiş Ştatların maraqlarına uyğundur. Çinin Ticarət Nazirliyi isə bəyan etdi ki, ticarət sahəsindəki istənilən qərara cavab vermək iqtidarındadılar. Üstəlik məsələ ilə bağlı Ümumdünya Ticarət Təşkilatına və qurumun arbitraj instansiyalarına müraciət olunacaq. Çinin fikrincə, ABŞ-ın məlum addımları Ümumdünya Ticarət Təşkilatının ruhunu və əsaslarını məhv edir.

Ticarət Nazirliyi ABŞ-ın qərarını əsassız adlandırıb və bunu ticarətdə birxətli siyasət aparmaq kimi qiymətləndirib. Nazirliyin bəyanatında o da bildirilir ki, Birləşmiş Ştatlar bu yolla istehlakçı tələbatını heçə saymış olur.

O da məlum olub ki, Birləşmiş Şatatlar hələ ki, geyimə rüsum tətbiq etməyəcək. Vaşinqton hesab edir ki, bu halda amerikalı istehlakçılara birbaşa zərbə dəyə bilər. Bununla belə, mətbuat Birləşmiş Ştatlarla Çin arasında ticarət savaşının getdikcə qızışacağını yazır.

İnnovasiya uğrunda savaş…

Çin siyasəti və iqtisadiyyatı üzrə alman ekspert Yorq Vuttke isə hesab edir ki, bu, ticarət savaşı deyil: “Trampın hədəfi Çin bazarına güc yolu ilə nüfuz etmək deyil. O çalışır ki, Çin bundan sonra yüksək texnologiyalara sahib olmasın. Bu, ticarət savaşından daha irəlidir. Və innovasiyalar uğrunda savaşdır”.

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin Şanxaydakı müxbiri Hendrik Ankenbrand da eyni fikirdədir: “Tramp Çinin ABŞ-ın texnologiyaları və innovativ potensialına çıxışının qarşısını almaq istəyir. Çinin islahat prosesinin əsasını xarici texnoligiyaların əldə olunması, hətta oğrulanması təşkil edirdi. Tramp hesab edir ki, Çinin texnologiya nəhənginə çevrilməsi Birləşmiş Ştatların təhlükəsizliyinə təhdid yaradır. Ona görə də Trampın məqsədi ABŞ-ın rəqibini bu gücdən məhrum etməkdir.

O eyni zamanda Çinin Amerika konsernlərini şantac etməsini (öz texniki bilgilərini Pekindən idarə olunan müəssisələrə ötürməyə məcbur etməklə) önləmək istəyir. Başqa sözlə, Trampın hədəfi Çinin hazırkı iqtisadi inkişaf modelinə zərbə endirməkdir”.

Qərb mətbuatı Çin lideri Si Tszinpinin hazırladığı bu inkişaf modelini belə xarakterizə edir: “Si Tszinpinin “Made in China 2025” innovasiya və yüksək texnologiyalara dair strategiyası Trampın “America First” siyasəti ilə eynilik təşkil edir. Çin lideri öz çıxışlarında azad ticarət tərəfdarı olduğu görüntüsünü yaratmağa çalışır və Çin bazarını açmaq niyyətində olduğunu bəyan edir. Amma nədənsə Çindəki xarici müəssisələr bunu hiss etmirlər”.

“Dünya iqtisadiyyatını genişmiqyasılı münaqişə gözləyir”

Almaniyanın “Focus” nəşri yazır ki, Çin 2025-ci ilədək Qərbin əlindən texnologiya liderliyini almaq istəyir. Bəs bu halda cərimə cəzaları və sanksiyalar köməyə gələ bilərmi?

Avropa Parlamentinin ticrət komitəsinin sədri Brenda Lange ehtiyat edir ki, iki iqtisadi güc arasında yaranmış münaqişə gərginləşərsə, pis vəziyyətdə qalan Avropa Birliyi olacaq.

Tramp isə “Twitter” səhifəsində AB-ni tənqid edib: “Biz polad və alüminium sənayelərimizi qorumaq məcburiyyətindəyik. Eyni zamanda ticarət və hərbi əməliyyatlarda bizə qarşı ədalətli davranan yoldaşlarımıza göstərməliyik ki, daha çox əməkdaşlıq etməyə hazırıq”.

Tramp AB ölkələrinin mövqeyini haqsızlıq kimi qyimətləndirir: “Avropa Birliyi ABŞ-dan gələn məhsullara ticari məhdudiyyətlər yaradır. Bu, ABŞ-ın rüsum tətbiqi ilə bağlı qərarından daha pisdir”.

Hendrik Ankenbrand bildirir ki, Vaşinqton yaranmış vəziyyətlə bağlı artıq Avropa Birliyi və Yponiyaya eyham vurub: “ABŞ ona işarə verir ki, müttəfiqlərindən seçim etməyi tələb edə bilər. Ya Birləşmiş Ştatlarla ticarət, ya Çinlə. Belə olan təqdirdə də, dünya iqtisadiyyatını genişmiqyaslı münaqişə gözləyir”.

Çinlə qarşıdumaya köklənən, Suriya mövzusuna marağını itirən Tramp belə bir məqamda Rusiya prezidenti ilə tezliklə görüşəcəyini bəyan edir. Belə olan halda ortaya bir sual da çıxır. Vladimir Putini də oxşar sual gözləyirmi: Rusiya kiminlədir – Çinlə və ya ABŞ-la?!(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar