Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki NATO ölkəsinin Suriyada hərbi qarşıdurması – Nələr olacaq?

Zaur Məmmədov: “Biz Afrin əməliyyatlarında Türkiyənin, Bəşər Əsədin və Rusiyanın maraqlarının toqquşmamasının əksinə, bu dövlətlərin birgə maraqlardan çıxış etməsinin şahidi olacağıq”


“Türkiyənin Suriyada əsas məqsədi, Suriyanın şimalında - Afrin bölgəsində olan strateji məntəqələri nəzarət altına almaqdır”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov Türkiyənin Afrin bölgəsində başladaçağı əməliyyatları və bu durumda ABŞ-Türkiyə münasibətlərinin hansı həddə olmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bir gündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm amerikalı, həm də rusiyalı həmkarıyla telefon əlaqəsi yaratması bölgədə ciddi proseslərin başlayacağından xəbər verirdi. Rəsmi dairələr bu telefon söhbətlərinin əsas mövzusunun Qətər böhranı və Suriya münaqişəsi olduğunu açıqlayıb. Lakin şübhə yoxdur ki, liderlər əsasən Ankaranın Suriyanın Afrin bölgəsindəki YPG-PYD terrorçularına qarşı əməliyyat hazırlığını müzakirə edib. Ərdoğan isə son açıqlamalarında qəti şəkildə bəyan etdi ki, Türkiyə Afrin bölgəsindəki əməliyyatına görə istənilən ölkəni qarşısına almağa hazırdır. Bu mənada, Moskva Ankaraya güzəşt edərək hərbçilərini bölgədən çəkdi. Yayılan məlumatlara görə, Türkiyə Suriyanın kürdlərlə məskunlamış Afrin bölgəsinin YPG-dən təmizlənməsi üçün  yaxın günlərdə əməliyyata başlayacaq və bu əməliyyata ABŞ-la əlaqələrinə görə YPG-ni cəzalandırmaq istəyən Rusiyada dəstək verəcək.

Bu durumda ABŞ-Türkiyə münasibətlərinin cığırından çıxmasını və iki NATO ölkəsinin Suriyada hərbi qarşıdurması ehtimalı ilə bağlı nə demək mümkündür?    

Bu mövzu ilə bağlı PİA.AZ Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.

Image result for zaur məmmədov

Zaur Məmmədov: “Türkiyə cənubdan Əsəd ordusu və Türkiyənin maraq dairələrində olan Suriyanın bəzi müxalif qrupları ilə Afrin bölgəsində əməliyyatlar keçirəcək”.


“Üç həftədir ki, Rusiya və Türkiyə arasında Suriyanın kürdlərlə məskunlamış Afrin bölgəsində hərbi əməliyyatlarla bağlı danışıqlar gedir. Bu əməliyyatlar ilə bağlı Rusiya və Türkiyə dövlətləri arasında təxmini 12 dəfə danışıqlar aparılıb. Sonda isə Rusiyanın müdafiə naziri Serqey Şayqonun Türkiyəyə səfəri zamanı artıq Türkiyə ordusunun Suriyada necə qalması ilə bağlı koordinatlar da müəyyən edilmişdi. Ümumi plan şəkildə baxanda hərbi əməliyyatların 70 gün ərzində bitməsi müzakirə mövzudu idi. Əslində isə biz bilirik ki, “Ərbab əməliyyatı” kimi Türkiyənin Suriyada əsas məqsədi, Suriyanın şimalında - Afrin bölgəsində olan strateji məntəqələri nəzarət altına almaqdır. Yəni Türkiyə istəyir ki, ordusu Suriyanın bu bölgəsində uzun müddətli qalsın. 

Bu məsələdə əsas məqsədlərdən biri də, kürd bölgələri arasında vahid sərhədin olmaması və İdlibə çıxış yolunun açılmasıdır. Bildiyimiz kimi bir neçə ay əvvəl Rusiya Türkiyənin YPG-ə qarşı hərbi əməliyyat aparmasına razılıq vermirdi. Çünki Rusiya YPG ilə danışıqlar apararaq, YPG və Əsəd ordusu arasında vahid siyasətin yürüdülməsinin tərəfdarı idi. Amma Türkiyə də kürdlərə (YPG) Suriyanın şimalında ən üstün muxtariyyat vermək iqtidarında idi. Lakin təəssüflər olsun ki, YPG bu muxtariyyatı istəmədi. Çünki YPG kürdlərinin əsas məqsədi məhz İraq, Suriyanın şimalı daxil olmaqla böyük, vahid, müstəqil dövlətin qurulmasıdır. 

Zaur Məmmədov: “Həm Rusiya, həm də Bəşər Əsəd Türkiyəyə icazə verəcək ki, Türkiyə Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlasın”.


Buna görə də təbii ki, Rusiya YPG kürdlərinə hiddətləndi. Kürdlər də faktiki olaraq “Rakka əməliyyatı” başlamamışdan öncə ABŞ-ı seçdilər və onlar ABŞ-ın bir nömrəli müttəfiqi olduqlarını sübut etdilər. Bunu görə də düşünürəm ki, həm Rusiya, həm də Bəşər Əsəd Türkiyəyə icazə verəcək ki, Türkiyə Suriyanın kürdlərlə məskunlamış Afrin bölgəsində hərbi əməliyyatlara başlasın. Çünki Bəşər Əsədin özü də Kürdüstanın vahid bir respublika formasında olaraq Suriyadan ayrılmasının tərəfdarı deyil. Bu baxımdan biz Afrin əməliyyatlarında Türkiyənin, Bəşər Əsədin və Rusiyanın maraqlarının toqquşmamasının, əksinə bu dövlətlərin birgə maraqlardan çıxış etməsinin şahidi olacağıq. Belə ki, Rusiya ordusu Afrin bölgəsində Türkiyə əməliyyat aparsın deyə, artıq öz ordusunu cənuba doğru istiqamətləndirib. Yəni Rusiya Suriyadan öz ordusunu geri çəkir. 

Gözlənilən odur ki, Türkiyə cənubdan Əsəd ordusu və Türkiyənin maraq dairələrində olan Suriyanın bəzi müxalif qrupları ilə Afrin bölgəsində əməliyyatlar keçirdəcək. Onu da qeyd edim ki, burada əsəs məqsəd Suriyanın maraq dairələrinə bölünməsidir. Putinlə Tramp da danışanda əsl mövzu məhz Suriyanın maraq diarələrinə bölünməsi olacaqdı. Yəni Suriyanın ayrı-ayrı bölgələrinin ABŞ, Türkiyə, Rusiya, İran və İsrail arasında bölünməsi əsas müzakirə obyekti olacaqdı. İndi isə əsas məsələ odur ki, Türkiyənin Afrin bölgəsində hərbi əməliyyaları zamanı Türkiyənin nüfuzu altında olan müəyyən müxaliflərin, Əsəd ordusunun və Rusiyanın vahid siyasətdən iştirak edərək kürdləri bir-birindən ayırmasının şahidi olacayıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar