Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdxaldan asılılığımız nə qədər azalıb?


Fikrət Yusifov: “İxrac yönümlü yerli məhsulların xarici bazarlarda ”Made in Azerbaijan" brendi ilə təşviqi istiqamətində kifayət qədər böyük işlər görülüb"; Natiq Cəfərli: “Aqrar sektorda olan islahatlar daha sürətlə getməlidir”


Son illər dünya bazarında neftin qiymətinin ucuzlaşması ixracı neftdən asılı olan ölkələrin iqtisadiyyatına ciddi təsirlər etdi. Azərbaycan da ixracının əsasını neft təşkil edən ölkə kimi vəziyyətdən çıxış yolunu qeyri-neft sektorunun - aqrar inkişafında gördü.

Bəs kənd təsərrüfatı məhsulları üzrə son zamanlar idxaldan asılılığımız nə dərəcədə aradan qalxıb?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirib ki, dünya iqtisadi müstəvisində baş verən təlatümlər fonunda ötən il ölkəmizin iqtisadiyyatında yaranmış durğunluq bu gün artıq öz yerini sürətli inkişafa verib:

“Belə pozitiv göstəricilərin əldə edilməsi yaranmış şəraitdə hökumətin apardığı düzgün iqtisadi islahatların nəticəsində mümkün olub. Bu gün hökumət aparılan islahatların nəticələri ilə kifayətlənmir, o, eyni zamanda, qeyri-neft sektorunda istehsalı günbəgün artan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan konkret addımlar atır. Qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirilməsini hədəfləyən belə iqtisadi strategiya ümumi daxili məhsulda qeyri-neft sektorunun payının durmadan artmasını və iqtisadiyyatın əsaslı şəkildə şaxələndirilməsini hədəfləyib. İndi başlıca məqsəd qeyri-neft sektorunda ixracın həcmini artırmaqdan ibarətdir. Bu gün söhbət real sektorda istehsal olunan məhsulların təkcə idxalı əvəzləməsindən getmir. Bu sahədə artıq müsbət nəticələr əldə olunub. İndi əsas vəzifə real sektorda istehsal olunan məhsulların daha səmərəli ixracını həyata keçirməyin optimal yollarının araşdırılıb tapılmasından və bu işin müasir tələblər səviyyəsində qurulmasından gedir. Real sektorun məhsullarının dünya bazarlarına çıxışının daha səmərəli yollarını müəyyən etməyi hədəfləyən bu siyasət, şübhə yoxdur ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bu yöndə uğurlu addımlardan biri ixracın genişləndirilməsi məqsədilə ”Made in Azerbaijan" brendi ilə qeyri-neft məhsullarının xarici bazarlarda satılmasının təşviqidir. Ötən ilin əvvəllərindən başlayaraq hökumət rəqabət qabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində kifayət qədər böyük işlər görüb".

Ekspert bildirib ki, Azərbaycan məhsullarının reallaşdırılması işində sahibkarlara daha yaxından kömək göstərilməsi məqsədilə atılan addımlardan biri də xarici ölkələrdə ticarət evlərinin yaradılmasından ibarətdir: “Qeyri-neft ixracatçılarının respublika müşavirəsində prezident İlham Əliyev bu istiqamətdə Azərbaycan hökumətinin hədəflərinin nədən ibarət olduğuna diqqət çəkmişdi. Prezident bildirmişdi ki, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaq. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaq. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Bu gün Azərbaycan hökuməti ölkədə sahibkarlığın inkişafı üçün mümkün ola biləcək bütün addımları atır. Əslində istehsalçı öz məhsullarını xarici bazarlara çıxarmaqla bağlı bütün işləri özü görməli, bu sahədəki problemləri bilavasitə özü həll etməlidir. Lakin hökumət azad sahibkarlığın inkişafını nəzərdə tutan islahatları aparmaqla işini bitmiş hesab etmir. O, eyni zamanda, istehsalçının əlindən tutaraq, ona öz məhsulunu xarici bazarlarda daha uğurla reallaşdıra bilməsi üçün yardımçı olur”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, rəsmi rəqəmlərə görə kənd təsərrüfatı istehsalında müəyyən artımlar var: “Ancaq Azərbaycanın ərzaq məhsulları ilə özünü təmin etməsi və xaricə ixracla bağlı gözləntilər hələ ki, özünü tam olaraq doğrultmayıb. 2 il bundan öncə qarşıya qoyulan məqsədə görə, həm ixracatda, həm daxili istehsalda ərzaq təhlükəsizliyi ilə bağlı daxili tələbatın ödənilməsinin böyük bir hissəsini Azərbaycan özü təmin etməli idi. Ancaq çox təəssüf ki, bir çox hallarda bazara çıxarılan yerli məhsulların xammalı da xaricdən gətirilir. Məsələn, ən çox Azərbaycan brendi ilə satışa çıxan məhsul çaydır. Lakin hər kəsə məlumdur ki, ölkədə bu qədər çay istehsal olunmur. Sadəcə olaraq xaricdən gətirilərək Azərbaycanda qablaşdırılır. Bu, süd məhsullarına da aiddir. Əgər əsas hədəf kənd təsərrüfatında ixracatı artırmaq və daxili istehsalı təmin etməkdirsə, o zaman aqrar sektorda olan islahatlar daha sürətlə getməlidir. Bizdə isə bu sahədə iki böyük problem var. Onlardan biri məhsuldarlığın çox aşağı olmasıdır ki, buna səbəb həm əl əməyindən çox istifadənin edilməsi, həm də kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqinin həddindən artıq aşağı olması ilə əlaqəlidir. İkinci önəmli məsələ isə stimullaşdırma proqramlarıdır. Hökumətin qəbul etdiyi stimullaşdırma proqramları effektiv deyil. Çox zaman subsidiyalar məhsulun sahəsinə görə verilir. Dünya praktikası göstərir ki, məhsulun həcminə və keyfiyyətinə görə subsidiyanın verilməsi stimullaşdırmanı daha aktiv hala gətirir. Nəticədə isə fermer daha çox və keyfiyyətli məhsul istehsal etməkdə maraqlı olur. Məhsula görə verilən subsidiyalarda isə qiymətləndirmə doğru aparılmayıb və çox aşağı subsidiya verilir. Bu da stimulun yaranmasında mühüm rol oynamır. Bundan başqa valyuta gətirilməsi üçün daha çox məhsulun xaricə ixrac olunmasına çalışılır. Bu da yerli bazarda məhsul qıtlığı və qiymətlərin artmasına səbəb olur. Təsadüfü deyil ki, bəlkə də Azərbaycanda son illər ilk dəfə idi ki, yay mövsümündə kənd təsərrüfatı məhsullarının qiyməti baha olaraq qaldı. Bu onu göstərir ki, həm yerli tələbat artıb, həm də xaricə ixracat yolunda müəyyən addımlar atılır. İstehsal isə artmadığı üçün belə bir vəziyyət ortaya çıxır. Nəticədə qiymətlər də bahalaşır. Rəsmi rəqəmlərə görə, bu il artıq ərzaq inflyasiyası 18 faizə çatıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar