Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdman meydanlarında siyasət


Kütləvi idman yarışlarının ilk cücərtiləri XIX əsrin sonlarında boy qaldırdı


İlk Olimpiya oyunları keçirildi. Tezliklə futbol, yüngül, ağır atletika yarışları, futbol oyunları insanların sevimli əyləncəsinə döndü. Ziddiyyətlərlə dolu olan, iki dünya müharibəsi sınağından çıxan dünyada bütün çətinliklərə baxmayaraq, idman sevimli əyləncə oldu.

Kimin üçünsə qazanc, kiminçünsə şan-şöhrət istinadına döndü. Hətta bütün Avropanın başının üstünü faşizm təhlükəsi alanda da Olimpiya oyunları reklam olunmaq, məkrli niyyətləri gizlətmək üçün vasitə idi. Məhz 1936-cı ildə Berlində keçirilən Olimpiya yarışlarından sonra dünya ölkələri nə qədər yanıldıqlarını, xəbis niyyətli diktatora bir fürsət verdiklərini anladılar.

İdman, onun yaratdığı ab-hava XX əsrin əsas atributu idi. Sülh, əməkdaşlıq, əmin-amanlıq şüarı altında keçirilsə də, siyasət idman meydanlarına yol tapdı. Artıq biri-biri ilə ədavətdə olan ölkələr idmandakı üstünlüyü siyasi əmsala çevirmək istəyirdilər. Ötən əsrin ikinci yarısında, dünya müharibəsindən sonra bu, daha kütləvi şəkil aldı. Hələ də yaddaşlardan silinməyib: iki ideoloji cəbhədə üz-üzə gələn ölkələrin arasındakı xokkey yarışları, şahmat oyunları topsuz-tüfəngsiz döyüşü xatırladırdı. Qələbə dövlət başçıları üçün bir fürsətə dönürdü. 

Sovet totalitar rejimi də məhz müharibədən sonra daha geniş miqyaslı yarışmaların daimi iştirakçısı oldu. ABŞ-ın xokkey komandasına uduzduğuna görə idmançıların Stalin rejiminin amansız təqibləri ilə üz-üzə qalmaları tarixin yaddaşından silinməyib. Nəyin naminə olursa-olsun qələbə qazanmaq istəyi bütün dövlət qurumlarını bürüyürdü. 
İdman tezliklə böyük qazanc mənbəyinə döndü. İndi dünyada elə futbol, basketbol, xokkey komandaları var ki, onların gəlirləri, oyunçuların aldığı para, bir komandadan başqa komandaya transferinə xərclənən pullar dünyanın neçə-neçə kasıb ölkəsinin büdcəsindən qat-qat çoxdur... 

İdman olduqca bahalı əyləncədir. Olimpiya oyunlarının, futbol üzrə dünya, qitə çempionatların təşkil olunması milyardlarla dollar xərcə başa gəlir. Özü də bu məbləğ getdikcə artır. Bir o qədər də kasıb insanların müqaviməti ilə qarşılaşır. Futbol Braziliyada ən çox sevilən idman yarışması olsa da, on minlərlə braziliyalı buna etiraz edirdi. O pulların insanların sosial ehtiyaclarına xərclənməsi tələbi səslənirdi. 

İdman siyasi ziddiyyətlərin həll edildiyi yarış meydançasına çevrilib. 34 il əvvəl SSRİ Əfqanıstanı işğal etmək üçün bu ölkəyə qoşun yeridəndə ideoloji cəbhənin o biri tərəfindəki ölkələr buna etiraz etdilər. XX yay Olimpiya oyunlarına qatılmadılar. İndi həmin vəziyyət yenidən təkrarlanır. 2014-cü ilin Qış Olimpiya oyunlarına səxavətlə 60 milyard dollar xərcləyən Rusiya yenə siyasi ziddiyyətlərin kəsişmə nöqtəsinə dönüb. Kimə sirdir ki, bu qədər xərc çəkən ölkə bunun qarşılığında reklam olunmaq istəyirdi. Amma yarışmalar başa çatar-çatmaz Rusiya Ukraynanın ərazisini - Krımı işğal etdi. Bunun ardınca bu ölkənin cənub-şərq əyalətlərindəki separatizmi də məhz Rusiya dəstəklədi. Bu isə siyasi qarşıdurmanın yenidən kəskinləşməsinə təkan verdi. Cəmisi dörd il sonra futbol üzrə dünya çempionatı da bu ölkədə keçirilməlidir. Bu niyyətlə ciddi hazırlıqlar görülür. Dünya yenə idman labirintinə düşüb. Bütün inkişaf etmiş ölkələr Rusiyaya qarşı sərt qadağalar tətbiq edirlər. Rusiyada isə onunla barışmaz mövqedə dayanan ölkələrə qarşı şovinist təbliğat isterik həddə qərarlaşıb. Bax belə məqamda yenidən Rusiyada dünya çempionatının keçirilməsinə qarşı ortaq mövqe formalaşıb. Anlaşılandır, bu qədər antiqərb təbliğatı aparıldığı ölkəyə idmançıların gəlməyi, onların təhlükəsizliyi xeyli suallar doğurur. Biri-birini “tanımayan” ölkələrin bu ölkənin idman meydanlarında yarışması bütün hallarda mümkünsüz görünür. Hələ Ukraynadakı müharibənin də sonu görünmür, Rusiya da öz iddialarından geri çəkilmək istəmir...

Bir məqamı diqqətdən qaçırmayın: cəmisi 9 ay sonra Azərbaycan da reytinqi olmayan bir yarışmaya - I Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək. Avtoritar rejim səxavətlə buna milyardlarla pul xərcləyir. Orta aylıq əmək haqqının 440 manat həddində olduğu bir ölkə üçün ağır yükdür. Sərt repressiyalardan çəkinən kütlə səsini də çıxartmır. İdman isə rejim üçün növbəti özünüreklam fürsəti yaradır.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar