Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə gərginlik: razılaşma pozuldu, Türkiyə təklənir


Suriyada Əsədin ordusu havadan Rusiyanın, yerdən İranın dəstəyi ilə İdlib vilayətində hücum əməliyyatları keçirir


İdlib Astana formatı çərçivəsində Rusiya, İran və Türkiyə arasında razılaşdırılmış 4 deeskalasiya zonasından biridir və burada gərginliyin azaldılması işlərinə Rusiyaİranla yanaşı, Türkiyə də məsuldur.

Axar.az xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli yazıb. O qeyd edib ki, qələbələrdən ruhlanan Əsəd Rusiyaİranın bilavasitə iştirakı ilə İdlibi də öz nəzarəti altına almağa çalışır və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) bağlı qruplara zərbələr endirir, onları həmin ərazilərdə sıxışdırır:

“Halbuki razılığa əsasən, orada hökumət qüvvələri ilə “mötədil” adlandırılan qruplar arasında döyüşlər, o cümlədən Rusiya aviasiyasının bombardmanları dayandırılmalı idi. Bundan başqa, Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaratmalıydı, lakin hələ ki cəmi 3 məntəqə yarada bilib və dördüncünü qurmağa çalışır. Türkiyə haqlı olaraq Astana razılaşmalarının pozulmasına etirazını bildirdi. Moskva isə razılaşmaların Türkiyəyə yaxın qruplar tərəfindən pozulduğunu iddia edir, hətta özünün hərbi bazalarına 13 ədəd pilotsuz uçuş aparatı vasitəsilə təşkil olunan hücumun həmin qrupların nəzarətindəki ərazilərdən həyata keçirildiyini bildirir. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Baş Qərargah rəisinə və MİT rəhbərinə məktub göndərib.

ABŞ-ın Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-yə aktiv dəstəyi davam edir, Fransa isə YPG-nin qurduğu və İŞİD üzvü olan Fransa vətəndaşlarının da mühakimə olunacağı məhkəmələrin qərarlarını tanıyacağını bildirib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar