Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İddia: Pul vermədiyinə görə bağçada uşağı döydülər – Video

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçinin uşağı döyməsi barədə valideyn Leyla Əlizadə video yayıb


Valideyn bağçada aylıq adı ilə yığılan rüşvətə etiraz etdiyi üçün övladının döyüldüyünü iddia edib:

“Bağçaya yeni təyin edilən müdirə Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə və müəyyən yerlərə müraciət etdik.

Ən çox etiraz edən valideynlərdən biri də mənəm. Buna görə də tərbiyəçisi Təranə övladımı döyüb. Qızımı çimdikləyərək, bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”.

Məsələ ilə bağlı bağçadan Oxu.Az-a açıqlama verilib. Bildirilib ki, bağçanın müəllimləri valideynlə bağlı polisə şikayət ərizəsi yazıb:

“Təranə müəllim bizim sevilən müəllimlərimizdəndir. Valideyn uşağı iki gün bağçaya gətirməyib. Gətirdiyi gün isə uşağın ayağında göyərtilər olduğunu deyib. Bura elə bir yerdir ki, heç kim dağdan düşməyib və yerdən çıxmayıb. Onun dediyi iddia yalandır.

Ayyarımdır buraya təzə müdir – Səidə Xudiyeva təyin olunub. Bizdən əvvəl bu valideynin bağçanın rəhbərliyi ilə qərəzi var. Pul yığılması, uşağın döyülməsi söhbəti yalandır. Gəlib deyir ki, bu dəfə işim müəllimlərlədir, onların axırına çıxacam.

Valideynləri başına yığır, söyüş söyür, bura təhsil ocağıdır. Uşaqları qorxuya salır. Müəllimlər, texniki işçilər o valideyn barədə polisə şikayət edib, ərizə yazıblar. Müəllimi bağçada döyüb, hədələyib və qorxudub.

Uşaqların yanında dəfələrlə təhqir edib. Uşaqları öyrədib ki, müəllimlərin yanında oturmayın. Bağçada hər şey qaydasındadır. Ekspertizanın rəyi və heç bir sübut olmadan şər atmaq dələduzluqdur. 

Gəlir, baxilsiz keçir uşaqların otağına, qapıya dəmir salıb qapının qıfılını qırır, yelləncəkləri sındırır. Darvazanın ağzını bağlayır ki, müəllimlər həyətdən çölə çıxmasın.

O deyir ki, bağçada işləmək istəyirəm. Müdir olmaq istəyirəm. Belə iddiaları var.

Belə söz gəzir ki, gedir, qril satanlardan mənə iki toyuq verin deyə haqq tələb edir. Verməsəniz, sizi müvafiq qurumlara şikayət edəcəm deyib onları hədələyir. Yəqin ki, bizdən də aylıq haqq tələb etmək istəyir. Belə adamlarla bacara bilmirik.

Bağçada təhlükəsizlik kamerası var, hər şeyi sübut edə bilərik”.

Qeyd edək ki, xəbəri ilk dəfə Open.Az saytı yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar