Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdarə rəisi villasında işləyən fəhlələrin pulunu vermir - Dövlət Neft Şirkətindən vəsait köçmədiyinə görə


Hər dəfə fəhlələrin yanında cibindən yüzlük «paçka»sı çıxaran Qağaməli Seyfullayev sanki fəhlələrə acıq verir.


Dövlət Neft Şirkətində Qaz İxrac İdarəsinin rəisi olan Qağaməli Seyfullayev tabeliyndəki işçiləri öz villasında işlətməklə yanaşı, onların pulunu da vermir. 
 
Belə ki, Qaz İxrac İdarəsi rəisi Fatmayıdakı villasının tikintisində işləyən fəhlələrin pulunu vermir. Bir qrup fəhlə Qağaməli Seyfullayevin onların haqqını yediyini bildirirlər. Onların müraciətində qeyd olunub ki, podratçı şirkətdə işləyirlər:
 
«Müdirimiz Nazir müəllimdir. Təxminən 1 il Qağaməli müəllimin Fatmayıda tikdirdiyi villada işləmişik. Amma pulumuzun yarısını bu günə kimi ala bilməmişik. Nə vaxt pulumuzu tələb ediriksə, Nazir müəllim deyir ki, Neft Şirkəti hələ vəsait köçürməyib.
 
İş icraçısı isə Qağaməli Seyfullayevin tikinti üzrə müavini Hikmət Həsənovdur. İdarə rəisinin bütün tikinti işlərinə məhz bu şəxs nəzarət edir. Həmçinin Qaz İxrac İdarəsinin tikinti layihələrinə ayrılan vəsaitləri də bu şəxs nəzarəti altında saxlayır.
 
Fəhlə adamlarıq, hərəmizin bir çətən ailəsi var. Niyə pulumuzu vermirlər? Qağaməli Seyfullayevin özü üçün tikdirdiyi imarət artıq hazırdır. Digər qonaq evində isə təmir işləri gedir. Onun pulu, var-dövləti çoxdur. Amma bizim yaşayışımız fəhləlikdən çıxır».
 
Narazı fəhlələr deyir ki, idarə rəisi tikinti işlərinə baxmağa gələndə hər dəfə cibindən yüzlük «paçka»sı çıxarır, sanki onlara acıq verir: «Az qalıb ki, o tikdirdiyi imarətlərə lift quraşdırsın. İmarətin aqlay üzləməsinin puluna bir ev də tikmək olardı. İdarə rəhbəri villasına milyonlar sərf edir. Ancaq bizim əməyimizin haqqını vermir. Allah böyükdür, bu haqsızlığı, özbaşınalığı yerdə qoymaz».
 
Müraciət edən fəhlələr Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdən Qağaməli Seyfullayevin fəaliyyətini yoxlamasını xahiş edilər. (gundelik-baku.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar