Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra hakimiyyəti ilə məcburi köçkünlər arasında qarşıdurma - Mingəçevirdə


Mingəçevir İcra Hakimiyyəti ilə bu şəhərdə məskunlaşan məcburi köşkünlər arasında ciddi problem yaranıb


PİA.AZ-ın  Azmedia.İnfo-ya istinadən məlumatına görə, şəhərin girəcəyinin solunda  məcburi köçkünlər üçün çoxmərtbəli binalar tikilib.

 Bu ilin əvvəllərində onların həmin binalara köçürülməsi planlaşdırılsa da, sonradan “Bakı 2015″ Brinci Avropa Yay Oyunlarının bəzi yarışlarının Mingəçevirdə keçirilməsi və bu yarışa qatılan idmançıların bir müddət həmin binalarda yerləşdirilməsi bu planı bir qədər təxirə salınıb. Məlumatı verən mənbələr iddia edirlər ki,  həmin binalardakı bütün evlər avadanlıqlarla, divan,  yataq dəsti, soyuducu, televizor, mətbəxt ləvazimatları ilə təchiz olunub.  Ümumən bu cür  evlərin hamısının avadanlıqlarla təmin  olunması nəzərdə tutulsa da, təcrübə göstərir ki, indiyədək qaçqçınlar üçün salınan şəhərciklərdəki binalarda yalnız bir neçə xüsusi ev lazımi avadanlıqlarla təchiz olunub. Bu isə açılış zamanı aparılan çəkiliş üçün edilib. Bir çox hallarda digər evlərin avadanlıqlarının mənimsənidiyi iddia olunur.

Birinci Avropa Yay Oyunlarının bir qrupunun yarışlara Mingəçevirdə qatılmaları və onların müvəqqəti olaraq məcburi köçkünlər üçün salınan binalarda yerləşdirilmələri bu binalara diqqəti xüsusi artırıb. Bu səbəbdən də həmin binalardakı evlərin əksəriyyəti ən yüksək səviyyədə lazımi avadanlıqlarla təchiz olunub.

Məlumatda bildirilir ki,  avqustun əvvəllərində məcburi köçkünlərin həmin evlərə köçürüləcəyi planlaşdırılır. Bununla bağlı keçiriləcək açılış mərasimində dövlət rəhbərliyinin də yüksək səiyyədə təmsil olunacağı gözlənilir.

Artıq məcburi köçkün ailələrindən kimlərin hansı mənzilə köçəcəkləri də bəllidir.  Lakin aldığımız məlumatda iddia edilir ki, bir neçə gün əvvəl məcburi köçkünlər duyuq düşüblər ki,  onlara veriləcək evlərə yerləşdirilən avadanlıqlar Mingəçevir İcra Hakimiyyətinin və “qaçqınkom”un yerli şöbəsinin əməkdaşları tərəfindən daşınır. Elə evlərin sahiblərinə verilməsinin uzanmasının da səbəbi budur. Buna ciddi etiraz edən məcburi köçkünlərlə Mingəçevir İcra Hakimiyyəti arasında ciddi qalmaqal yaranıb və məcburi köçkünlər məcbur olaraq binaların ətrafında keşik çəkirlər. Onlar evlərdəki avadanlıqların oradan çıxarılmasına imkan vermək istəmirlər. İcra hakimiyyəti isə geri çəkilmək niyyətində deyil və məlumata görə,  icra başçısı Niyazi Bayramovun məcburi köçkünlərə bidirilir ki, evlər Birinci Avropa Yay Oyunlarına görə avadanlıqlarla təmin olunublar. Hazırda Mingəçevirdə bu məsələ ilə bağlı narazılığın davam etdiyi bildirilir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar