Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının qardaşı oğlu 8 maşını əzdi


Fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib


 "İnfiniti-5-5" markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində – Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib 

PİA.AZ xəbər verir ki, Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs sərxoş vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq "Nissan" markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü bir dəqiqənin içində 8 avtomobili sanki qəsdən əzib. O, maşını gah irəli sürüb, gah arxaya hərəkət edərək maşınları əzə-əzə hərəkət edirmiş. Son anda avtomobilin ön tərəfi səkiyə çırpıldığı üçün qabaq təkərlər qırılıb və sürücü maşından düşüb. Bildirilir ki, həmin şəxs əvvəlcə qaçmağa çalışıb. Lakin polis əməkdaşları ayaq üstə güclə dayanan həmin şəxsi saxlayaraq bölməyə aparıblar. İlk araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən bu şəxsin özü də hüquq mühafizə orqanı əməkdaşıdır. Onun ucqar rayonlardan birinin icra başçısının qardaşı oğlu olduğu bildirilir. İdarə etdiyi avtomobil isə özünə yox, məhkəmə sistemində çalışan dostuna məxsus imiş. 

Hazırda polis məsələ ilə bağlı araşdırma aparılır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar