Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısından və qardaşından prezidentə şikayət - Sahibkar fəryadı


Daha əvvələrdə adı qanunsuz pul toplpmaqda hallanan Bağır Mikayılovun indi də qardaşının başçı olduğu Qaradağ rayonunda sahibkarlardan qanunsuz pul toplaması ilə bağlı iddialar var


Bu barədə sahibkarların mətbuata ünvanladığı müraciətdə bildirilir.

Qaradağ rayonunda karxana işlədən bir qrup sahibkar ölkə prezidentinə müraciət ediblər. Mürasitdə sahibkarlar Qaradağın icra başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanovun əliylə onlardan hər ay qanunsuz pul topladığını və bu da yetmirmiş kimi Bağır Mikayılovun onların karxanalarını ikinci dəfə sahiblərinə satmaq istədiyindən şikayətlənirlər. Aşağıda olduğu kimi dərc edəcəymiz məktubda icra başçısının qardaşının özbaşınalığı təəssüb doğurmaya bilmir. Çünki ölkə prezidenti dəfələrlə icra başçılarına xəbərdarlıq edib ki, ölkə büdcəsinə vergi ödəyən sahibkarlara maneələr yaratmasınlar. Lakin şikayətdən göründüyü kimi Mikayılov qardaşları prezidentin xəbərdarlıqlarını nəzərə almırlar. Onlar nəinki, sahibkarların fəaliyyətinə əngəl olurlar, hətta qanunsuz olaraq sahibkarlardan pul belə tələb etməkdən belə çəkinmirlər. Bu iddianı saytımızın elektron poçtuna şikayət məktubu yollayan bir qrup sahibkar edir.

AzMedia.info saytının elektron poçtuna daxil olan və Qaradağın icra başçısına şok ittihamların səsləndirildiyi məktubu oxucularımızın diqqətinə cəlb edirik:

“Hörmətli media nümayəndələri!

Sizə Qardağ rayonunda yerləşən onlarla sahibkar adından yazıram. Açığı bizim sizə müraciət etməkdən ayrı yolumuz qalmayıb. Ancaq məlum səbədən hələ ki, adlmızı açıqlaya bilmirik. Adımızı açıqlarsaq, onda bizim karxanalar bağlanacaq, ya da başqa birinə satacaqlar. Bunun üçün Qaradağın icra başçısı Süleyman Mikayılovun hər cür imkanları var. Lakin vəziyyətimiz elədir ki, dərdimizi ictimaiyyətin diqqətinə çatdırmaq məcburiyyətindəyik. Onsuzda bizim son nəfəsimizdir. 

Məsələ ondadır ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Süleymanov bizim son tikəmizi belə ağzımlzdan çıxarır. Neçə ildir ki, Bağır Süleymanov icra başçısı olan qardaşının adından bizdən aylıq toplayırdı. Aylıq toplayanlar təkcə icra başçısının qardaşı deyil, həmçinin Əməyin Mühafizəsindən, vergilərdən, “Azərişaıq”dan, və  bir çox başqa idarələrdən gələn məmurlara aylıq veririk. Hətta bəzi jurnalistlərə də ayıq verməyə məcburuq. Bu günə qədər hər şeyi bir təhər idarə etməyə çalışırdıq və işimizin yolunda getməsi naminə ilə hamının könlünü xoş tutmağa çalışırdıq. 

Ancaq indi  vəziyyət dəyişib. Əvvəllər bizlərdən ancaq Süleyman Mikayılovun adlna aylıq toplamaqla məşğul olan Bağır Süleymanov bizim öz “uçastkalarımızı” yenidən bizə satmağa qalxıb.  Başçının qardaşı açıq şəkildə deyir ki, ya “uçastkalarımızı” yenidın almalıyıq, ya da “uçastkalarımızı” əlimizdən alınıb başqalarına satacaq. Bunun üçün onlarln əlində qanuni əsaslar da var. Yəni bizim “uçastkalarımızı” bağlamaq onlar üçqn su içmək qədər asandır. İcra Hakimiyyətinin məmurları, ya da əməyin mühafizəsindən olan məmurlar ürəkləri istədikləri zaman “uçastkalarımızı” bağlamaq imkanlarına sahibdirlər. Bunu əsaslandlrmaq üçün onların heç bir problemi yoxdur. Lakin məslə oraslndadlr ki, bütün karyerdə eyni qayda on illərdir hökm sürür. Hər kəs aylığını verib işini görür. Və bu aylığa görə bir çox iş qüsurlarına məmurlar göz yumurlar. Yəni faktiki olaraq onlar da dolanır, biz də dolanırıq. 

İndi isə Bağır Süleymanov bizim öz “uçastkalarımızı” bizə satmağa qalxlb. Məsələ orasındadır ki, buz bu “uçastkaları” hamımız pulla almışıq. Yəni zamanında birə 10 qiymətə aldığımız əraziləri indi yenidən bizə satmaq istəyirlər. Həm elə bu dəfə qiymgti iki dəfə daha artırıblar. Bağır Süleymanov öz qardaşı adından artıq bizə ultimatum və vaxt verib. Əgər tələb olunan məbləğlər aprelin 20-nə qədər verilməsə, buzim “uçastkalarımız”  bağlanacaq, sonra da, başqasına satacaqlar. 

Hörmətli media nümayəndələri. Sizdən xahiş edirik k6, bizim səsimizi ölkə prezidenti möhtərəm İlham Əliyevə, və birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya çatdlrasınız . Buz inanırıq ki, Süleyman və Bağır Mikayılovları ancaq ölkə rəhbıəliyimiz durdura bilər,. Bizim səsimizi isə onlara ancaq media çatdıra bilər. Başqa yollara baş  vurmaq istərdik, amma şikatətlərimizin yenidən Süleyman Mikayılovun üstünə qayıdacağını bilirik. 

Əvvəlcədən sizə öz minnətdarlığımızı bildiririk”.

Bu şikayət məktubundan belə görünür ki, doğurdan da Qaradağın icra başçısı Süleyman Mikayılov son bir neçə ildə möhtərəm prezidentimiz İlham Əliyevin çıxışlarına baxmır, ya da bu çıxışların ona aidiyyatı olmadığını düşünür. Halbuki möhtərəfm prezidetimiz son illər dəfələrlə icra hakimiyyətlərinə xəbərdarlıq edib və onlardan tələb edib ki, sahibkarların işlərinə əngəl olmasınlar, əksinə bütün imkanları ilə onlara kömək olsunlar. Lakin göründüyü kimi Süleyman Mikayılov prezidentin iapşırıqlarını özü istədiyi kimi başa düşür və başa düşdüyü kimi də qardaşı vasitəsi ilə sahibkarlara  “kömək olmağa” çalışır

Qeyd edək ki, Süleyman Mikayılovun qardaşı Bağır Mikayılov heç də ilk dəfə deyil ki, sahibkarların və vətəndaşların şikayətləri ilə əlaqədar olaraq mətbuatın gündəminə gəlir. Daha əvvəl Qaradağın başçısının qardaşı Lökbatan sakinləri ilə qalmaqalda mətbuatın gündəminə gəlmişdi. 
Qaradağ rayon İcra Hakimiyyətində qalmaqal baş verib. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub. 

Qalmaqala səbəb isə Qaradağın icra başçısı Süleyman Mikayılovla görüşmək üçün gəlmiş vətəndaşların onunla görüşə buraxılmaması olub. Daha doğrusu, həmin şəxslər icra başçısının qardaşı Bağır Mikayılovdan şikayətçi olduqlarını və Süleyman Mikayılovla görüşərək, problemi çözmək üçün gəldiklərini bildiriblər. Nəticədə, İcra Hakimiyyətinin işçiləri onları görüşə buraxmayıb. Və bu tapşırığın da Mikayılov tərəfindən verildiyi bildirilir. Təqribən bir il vəvvəl yayılan və bu günə qədər təkzib olunmayan məlumatda bildirilirdi ki, icra başçısının qardaşı ayrı-ayrı vətəndaşlara ev tikmələri üçün sərəncam verəcəyinə dair vəd verərək, onlardan külli-miqdarda pul alıb. Sonradan isə vədini yerinə gətirməməklə yanaşı, həm də onların pullarını geri qaytarmaqdan imtina edib. Üstəlik, pul sahiblərini təhdid etməkdən də çəkinməyib.

Ondan daha əvvəl isə Bağır Mikayılovdan şikayətçi Bakı şəhər sakini bildirmişdi ki, o da Mikayılovun dələduzluğunun qurbanı olub.  Ramin Aslanov sözlərinə görə, 2014-cü ildə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi alıb. Həmin ərazidə ev inşa etmək üçün Qaradağ rayon İcra Hakimiyyətindən sərəncam almaq qərarına gəlib. Amma, bu sərəncam ona baha başa gəlib.  Belə ki, həmin sərəncamı almaq üçün aldadılıb. Ramin Aslanovun bildirdiyinə görə, o, bu barədə tanışı, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılovla danışıb. Bağır Mikayılov ona bu işdə kömək edəcəyinə söz verib və bildirib ki, bunun üçün 10 min manat lazımdı. Ramin Aslanov onunla razılaşıb və bu pulu ona hissə-hissə ödəyəcəyini deyib. 

Şikayətçi demişdi ki, Bağır Mikayılov bu adla ondan 2 min 200 manat alıb. Pulu isə ondan ayrı-ayrı ərazidə alıb.

Göründüyü kimi qardaşının vəzifədə olmasında sui-istifadə edən Bağır Mikayılovun vətəndaşlardan pul toplamsı faktı heç də ilk fakt deyil. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzMedia.info

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar