Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı təmas xəttində yerləşən Qapanlı kəndinin sakinləri ilə görüşdü - Fotolar


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Qapanlı kəndinin sakinləri ilə görüşdü


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanları, müdafiə və fövqaladə hallar  nazirliyinin nümayəndələri ilə birlikdə təmas xəttində yerləşən, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalan Qapanlı kəndində olmuş, sakinlərlə səyyar qəbul-görüş keçirmiş, onları narahat edən problemlərlə maraqlanıbdır. 

Qəbulda kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edib, digərləri isə icra olunması üçün rayon rəhbərliyi tərəfindən nəzarətə götürülübdür.Kəndin sosial problemləri həll olunmuş, qaz, su, işıq, telefon çəkilib, yolu təmir olunub, müasir gecə işıqlandırılması sistemi quraşdırılıbdır. 

Hazırda kənddə müasir tələblərə cavab verən tibb məntəqəsi tikilir. Kənd təmas xəttinə yaxın yerləşdiyi üçün ona rayon mərkəzi xəstəxanası tərəfindən təcili tibbi yardım maşını və həkim birqadası ayrılıbdır.

Səyyar qəbul-görüşdən sonra rayon rəhbəri sentyabrın 1-də ermənilər tərəfindən Qapanlı kəndində toy mağarının atəşə tutulması nəticəsində yaralanan sakinlər Mədinə Əhmədovaya, azyaşlı Zəhra Əlizadəyə və hazırda Bərdə şəhər Diaqnostika Mərkəzində ağır əməliyyatdan sonra müalicə alan Müşkünaz Əliyevaya baş çəkibdir. O, yaralıların vəziyyəti ilə maraqlanmış, həkimlərlə söhbət etibdir. 

Rayon rəhbəri bildiribdir ki, ölkə rəhbəri tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər rayonuna xüsusi diqqət və qayğı göstərilir. Ordu və xalq birliyi möhkəmdir. Qapanlı kəndinin sakinləri hər biri qəhrəmandır. Kənd mütəmadi sürətdə ataşə tutulmasına baxmayaraq indiyədək sakinlər düşmənə bir qarış da torpaq verməyiblər. Kənddə həyat öz axarı ilə davam edir.Sonra rayon icra hakimiyyətinin başçısı M.Məmmədov yaralılara şəfa diləyərək onların ehtiyacları ilə maraqlanıbdır. 

Yaralılar respublika Prezidenti cənab İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar