Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı ilə vətəndaş arasında pul qalmaqlı

Ağdam rayonundan məcburi köçkün, hazırda müvəqqəti olaraq Bakının Səbail rayonu, Q.Abbasov küçəsi 9, ev 3-də məskunlaşan Bəxtiyar İsrafilov Ağdamın icra başçısı Raqub Məmmədovdan şikayətçidir


O, başına gələnlərlər bağlı güc strukturklarına müraciət edib. Bir surəti də 24saat.org-a daxil olan həmin müraciətdə deyilir:

“16-17 aydır ki, məndən daş üzlük, mişar daşı alan və bu günə qədər pulumu verməyən Ağdam icra başçısı Raqub Məmmədovdan şikayətçiyəm. 2014-cü ildə icra başçısının qardaşı, hazırda Yevlaxda polis idarəsində işləyən Şahin Məmmədovla görüşdük. Şahin mənə dedi ki, Raqub müəllim rayonumuzda abadlıq işləri aparır və Bakıda məcburi köçkünlər üçün yeni tikilmiş Müşfiqabad qəsəbəsində Ağdamdan olan məcburi köçkünlər üçün xeyir-şər evi tikdirəcək. Odur ki, ona mişar daşı, üzlük lazımdır. O, həmin malları bazar qiymətindən aşağı satmağı təklif edəndə ona imkanım daxilində bunu edəcəyimi söylədim. Sonra daş üzlüyün 3 növünü gətirib göstərdim. O da birini bəyəndi və qiymətini soruşdu. Daş üzlüyün 1 kvm 16 manata, mişar daşını isə 0.33-0.40 manat arası satacağımı dedim. Razılaşmadan sonra Şahin bildirdi ki, materialları göndərəndən sonra Raqub müəllim hamısının pulunu ödəyəcək. Mən də onlara inanaraq malları göndərdim. Quzanlı qəsəbəsinə göndərdiyim materialların, Raqub Məmmədovun mənə borcu on iki min doqquz yüz altmış manatdır. Ona bu qədər vəsaitə inşaat materialları göndərsəm də, bu günə qədər pulunu ala bilmirəm. Dəfələrlə icra başçısıyla görüşmüşəm, o isə gözləməyi bildirib. Axırıncı dəfə 2016-cı ilin aprelində Quzanlıya getdim. Onunla görüşmək istəsəm də, məni guya tanımadı. Küçədə bir nəfərlə söhbət edən icra başçısı hirslə məni tanımadığını və konkret olaraq pul verməyəcəyini dedi.

Qardaşı Şahin isə mayın 20-də mənə zəng edərək ünvanıma təhqiramiz küçə söyüşləri dedi. O, məni məhv edəcəyini, şikayət edəcəyim təqdirdə heç kimdən çəkinmədiyini söylədi.

Prezident Ağdamın inkişafı üçün milyonlarla pul ayırıb. İcra başçısı isə dövlətdən rayonumuza ayrılan pulları bu yolla oğurlayır.

Xahiş edirəm, mənim yaşlı və məcburi köçkün olmağımı nəzərə alıb Raqub Məmmədovdan pulumun mənə qaytarılmasına göstəriş verəsiniz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar