Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı İzmit Bələdiyyəsi nümayəndələrini qəbul edib - Fotolar


Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndələrini qəbul edib


Azərbaycan xalqının Ümummilli lderi Heydər Əliyevin anadan olmasının
95-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndələrini rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəbul edib.

Görüşdə İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev  Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit bələdiyyəsinin digər nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədri, rayonun ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan rayon İcra Hakimiyyətinin başçısı Ulu
öndərin Azərbaycan xalqının bu günki əmin-amanlıq şəraitində xoşbəxt yaşaması üçün misilsiz xidmətlərindən danışdı. Ümummilli lderi Heydər Əliyev tərəfindən dost və qardaş Azərbaycan və Türkiyə xalqları arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün etibarlı təməlin qoyulduğunu qeyd etdi. Bu təməl üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Taib Ərdoğan hazırda ölkələrimizin və xalqlarımızın tərəqqisi üçün zəruri tədbirləri uğurla həyata keçirdikləri vurğulandı.

Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmışdır.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan danışmışdır.

Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli 
Heydər Əliyev   Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc çıxış edərək Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi bələdiyyəsi arasında mövcud olan qardaşlıq münasibətləri zəminində son illər əlaqələrin genişlənməsindən danışdılar.

2015-ci ilin sentyabr ayında ikitərəfli niyyət protokolunun imzalandığı, 2016-cı ilin iyul ayında İzmit Bələdiyyəsinin Bakıda səfərdə olduqları, 2017-ci ilin fevral ayında Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasiminin təşkil edildiyi, 2017-ci ilin dekabr ayında Ulu öndərin anım tədbirlərində Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndə heyətinin iştirak etdiyini qeyd etmişlər.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar