Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı Goranboya nəyin cəzasını verir?


İcra başçısı oğlunun ziyanını Goran bazarı ilə bağlamaq istəyir?


Goranboydan Yenicag.az-ın elektron poçtuna daxil olan məlumata görə Gəncəbazarın Sədərəki kimi tanınan məşhur Goran bazarında obyekt almaq istəyən sahibkarlara qiyməti birbaşa icra başçısı Nizaməddin Quliyevin icra nümayəndəsi Xəqani İsgəndərov təyin edir.

İnformasiya mənbəmiz bildirir ki, Goran bazarında yol qırağında obyektlərin satışı davam edir və hazırda sahibkarlara bu ərazidə 10 kvadrat metr ərazi 2000 min manata satılır. Mənbəmiz bildirir ki, bazarın içəri tərəfində qiymətlər yol qırağlna nisbətən ucuzdur. Bütün qiymətlər birbaşa icra başçısı Nizaməddin Quliyev tərəfindən qoyulub və satış işlərini Goran qəsəbəsinin icra nümayəndəsi Xəqani İsgəndərovla icra başçısnın yaxın qohumlarından biri məşğul olur.

Qeyd edək ki, Goran bazarı Paytaxtın Binə, Sədədrək bazarlarından sonra ölkədə 3-cü böyük bazarıdır və burada santexnika, elektirik cihazları, ev avadanlıqları və s. topdan satışı həyata keçirilir.

Mənbə onu da bildirir ki, Nizaməddin Quliyevin son günlərdə “bazar qiymətlərini” artırmasında oğlunun onu milyonlarla manat ziyana salmasının böyük rolu var.

Belə ki, başçının oğlu Ramal Quliyev sən demə Kapitalbankın Mingəçevir filialında işləyən zaman 500 min manat yeyintiyə yol verib. Məhz bu fakt ortaya çıxandan sonra o vəzifəsindən azad edilsə də, atası bütün imkanlarını səfərbər edərək onu həbsdən qurtula bilib. Nəticədə isə bu dəfə Ramal Quliyevin qurbanlığı bütövlükdə Goranboy rayonu olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar