Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüşdü


Qaradağ rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iştirakçıları və 20 yanvar şəhidinin ailəsini Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəbul edib


Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri
Aydın Hüseynov da iştirak edib.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna
qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. O qeyd etdi ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi hüquqi qiymətini verdi.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirdi ki, 20 yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaqdır. Dövlət tərəfindən faciə qurbanları və iştirakçılar daim xatırlanacaq və onlara lazımi diqqət və qayğı göstəriləcəkdir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən mövzular ətrafında öz fikirlərini bildirdi. Qaldırılan problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov aidiyyəti üzrə öz tapşırıqlarını verdi.

Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərildi.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar