Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçılarının 1 noyabr təlaşı


Azərbaycanda vətəndaşlarda ən çox narazılıq yaradan dövlət qurumlarından biri məhz yerli icra hakimiyyətləridir


Onlar yerli əhalini incitmək, sahibkarlarda narazılıq yaratmaq və korrupsiya məsələlərində xeyli “ixtisaslaşıblar”.

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər həm də bu cür “kiçik padşahlar” üçün barometr rolunu oynayacaq. “Seçkilərin real nəticələri həm də hər bir rayonun rəhbərinin fəaliyyətinin qiymətləndirilməsi üçün ölçü vahidinə çevriləcək. Harada ki, hakimiyyət namizədlərinin mandat alması üçün daha çox saxtakarlıq etmək lazım gələcək, bu həmin rayonda yerli icra hakimiyyətinin nöqsanlı fəaliyyətinin və əhalini hökumətdən narazı salmasının, onu protest elektoratına çevirməsinin məntiqi sonluğu kimi qiymətləndiriləcək” - deyə məlumatlı mənbə bildirib.




Akif Səlimov

Qaynağın sözlərinə görə, parlament seçkilərindən sonrakı ilk iki ayda çox sayda icra başçısının vəzifəsindən kənarlaşdırılması gözlənilir. “Artıq həmin icra başçılarının ilkin siyahısı da hazırdır. Siyahıda Bakı rayonlarından ikisinin - Xətainin icra başçısı Razim Məmmədov və Yasamalın icra başçısı İbrahim Mehdiyevin, həmçinin Bərdə rayonunun icra başçısı Vidadi İsayevin, Qazaxın icra başçısı Ayaz Əsgərovun, Laçının icra başçısı Akif Səlimovun, Ağsunun icra başçısı Ənvər Seyidəliyevin, Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da adları var. Amma istər bu, istərsə də siyahıdakı digər icra başçılarının sonrakı siyasi aqibəti haqqında qərarın qətiləşməsində həlledici rolu 1 noyabr seçkiləri olacaq. Rayonlar üzrə səsvermələrin sonucları şübhəsiz ki, hakimiyyətin iradəsinə uyğunlaşdırılacaq, amma pərdə arxasında real nəticələrin necə olduğu da “yuxarılar”a çatdırılacaq, hansı rayonda səslərə daha çox müdaxilə ehtiyacı duyulubsa, bu həmin rayonda yerli icra hakimiyyətinin səriştəsiz fəaliyyətinin yekunu kimi dəyərləndiriləcək və əsas məsuliyyət onların üzərinə qoyulacaq. Belə icra başçıları ilə isə cəza olaraq, 2015-ci ilin sonunadək yolların ayrılması qərarı veriləcək” - deyə mənbəmiz əlavə edib. 



İbrahim Mehdiyev

Qaynağımız bildirib ki, bundan icra başçılarının özləri də məlumatlıdırlar və möhkəm təlaş keçirirlər: “Elə bu səbəbdən də bir çox rayonlarda nüfuzlu, hakim partiya və hakimiyyətin dolayısı ilə dəstəklədiyi namizədlərə qarşı “savaş” elan olunub. Onların elə bəri başdan - imzatoplama, yaxud namizədliyin qeydə alınma prosesində “zərərsizləşdirilməsi”nə, “ofsayd”a salınmasına çalışılır. Bununla da yerli icra hakimiyyətləri özlərini seçki günü baş verə biləcək xoşagəlməz sürprizlərdən və “yuxarılar”da qəzəb yaradacaq arzuedilməz nəticələrdən sığortalamaq istəyirlər”.



Ramiz Yediyarov

Beləliklə, “kiçik padşahları” 1 noyabrda olduqca çətin sınaq gözləyir. Seçkinin onların arasında kimlərin “kəlləsini qoparacağını” demək indidən qeyri-mümkün olsa da, ilin sonunadək çox sayda icra başçısının kreslosu ilə vidalaşması ehtimalı yüksək görünür. (qaynar.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar