Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra Hakimiyyətindən qadağa gəldi - Vəsiqə almayanlar buraxılmayacaq


Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələri veriləcək


Bunu Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov oxu.az-a bildirib. İnternetdə bu barədə xəbərdarlığı əks etdirən elanın yayılması məsələsinə münasibət bildirən İsrafil Kərimov vurğulayıb ki, Avropa Oyunları ərəfəsində Bakı şəhərinə avtomobil axını müşahidə olunacaq. "Bununla əlaqədar müəyyən yerlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Həmin ərazilərdə yaşayan sakinlərin öz şəxsi avtomobilləri ilə yaşadıqları əraziyə sərbəst giriş-çıxışını təmin etmək üçün onlara buraxılış vəsiqəsi veriləcək. Buraxlışı olmayan avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq”. 

Bununla əlaqədar sakinlərə xəbərdarlıq olunub ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində İlk Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə sakinlərin sərbəst giriş-çıxışına, onların nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yaradılması və xüsusi icazə vərəqəsinin alınması üçün 05 yanvar 2015-ci ilə qədər ərazidə olan MKİS-ə (Mənzil Kommunal İstismar Sahəsi) müraciət etsinlər. Həmin qurum siyahı hazırlayıb vətəndaşlara buraxılış vərəqəsi verəcək. Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə ciddi tədbirlər görüləcək və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət DİN və BDYP tərəfindən həyata keçiriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar