Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra Hakimiyyətindən ərəblərin Bakıda torpaq almasına reaksiya

Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxləri alıblar


PİA.AZ xəbər verir ki, bu barədə məlumatı Milli.Az-a rayon sakinləri bildiriblər. 

Sakinlər bildirib ki, bir neçə Nərimanov rayon sakininə 31 saylı "jek"dən bildiriblər ki, artıq onlar "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evlərinə cavabdeh deyillər. Onların verdikləri məlumata görə, plana düşən bu əraziləri artıq ərəblər alıblar.

Onu da qeyd edək ki, plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

Sayt yazır ki, sorğu zamanı rayon ərazisində bu faktı ev alqı-satqısına baxan bir neçə şəxs də təsdiq edib.

***

PİA.AZ məsələ ilə bağlı Nərimanov İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon icra başçısının birinci müavini Şahmar İbadov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, sözügedən ərazinin ərəblərin alması ilə bağlı yayılan xəbərlər doğru deyil:

“Nərimanov rayonunda gedən yenidənqurma işləri ölkə başçısı, cənab prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti, “Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

Bundan başqa orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi həqiqətə uyğun deyil”.

İcra başçısının müavini, həmçinin mediadan vətəndaşlar arasında bu cür çaşqınlığa səbəb ola biləcək xəbərləri yaymamağı xahiş edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar