Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İçərisində azərbaycanlıların olduğu İŞİD konvoyu Raqqadan necə çıxdı?


BBC Suriya şəhəri Raqqadan 250 yaraqlının gizli çıxarıldığı ilə bağlı razılaşmaları üzə çıxarıb. Raqqadan gizli çıxan silahlılar arasında azərbaycanlı döyüşçülərin də olduğu bildirilir


BBC-nin "Raqqanın çirkli sirləri" adlandırılan araşdırmasına görə, özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmanın 250 üzvü və onların ailəsi ABŞ-İngiltərə koalisiyası və Suriya Demokratik Qüvvələrinin birgə əməliyyatı altında Raqqadan çıxarılıb.

Bəzi yük maşınlarının sürücüləri BBC-ə danışıblar ki, təhlükəli Suriya ərazisində onların işi humanitar yardım daşımaq olub.

Amma oktyabrın 12-də Suriya Demokratik Qüvvələri sürücülərdən istəyib ki, yüzlərlə ailəni təhlükəsiz yerə daşısınlar.

"Bu, 6 saatlıq bir iş olmalıydı, amma sürücülər bir yerə toplaşanda məlum olub ki, onlar aldadılıblar.

Yüzlərlə İS döyüşçüsü, onların ailələrini, tonlarla silah-sursat daşıyan yük maşınları karvanı 3 gün ağır yol qət etməli olub", araşdırmada deyilir.

BBC jurnalistləri Quentin Sommerville və Riam Dalati qeyd edirlər ki, İslam Dövləti Raqqa-nı "xilafətin paytaxtı" elan eləmiş və yerli nəzarətçilər müəyyənləşdirmişdi.

Jurnalistlər yazırlar ki, Raqqa uğrunda gedən döyüşlərdə İD silahlılarının xilas olması mümkün deyildi.

"Onlar hər an özlərini partlada bilərdilər"

Araşdlrma müəllifləri yazırlar ki, onlara danışan sürücülər razılaşmanı pozmaq iqtidarında olmadıqlarını deyiblər, çünki silahlıların "həm özləri, həm də ailələri partlayıcı maddələr "geyiniblər" və onlar üçün maneə olarsa, bombanı hər an partlada" bilərdilər.

Sürücülərin işi humanitar yardım daşımaq imiş, amma həmin gün onlar "canlı bomba" daşımalı olublar, - araşdırmada deyilir.

"Biz arasında qadın və uşaqlar olan 4 min adam daşıdıq", BBC-ə danışan sürücülərdən biri deyib.

6-7 km uzunluğunda olan yük karvanında 50 yük maşını, 13 avtobus, İD-ə məxsus 100-dən çox nəqliyyat vasitəsi olub.

BBC araşdırmasını əldə etdiyi və daşınma zamanı gizli çəkilmiş video kadrlarla təqdim edib.

Sürücülər deyiblər ki, Raqqadan xilas olan İD döyüşçüləri arasında "çoxlu xaricilər də olub:"Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Yəmən, Səudiyyə, Çin, Tunis, Misir..."

"Cinayət Məcəlləsində uyğun müddəalar var"

Azərbaycan Xarici İşlər Nazirliyi BBC Azərbaycanca-ya deyib ki, "Raqqanın çirkli sirri" təhqiqatından xəbərdardır və müvafiq araşdırmalar aparırlar: "Azərbaycan hüquq mühafizə orqanları İD-nin sırasında azərbaycanlıların olduğunu bildirib və bununla bağlı daim araşdırmalar aparılır", qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, Azərbaycan Cinayət Məcəlləsində "bu cur hallara qarşı uyğun müddəalar" yer alıb.

Hikmət Haciyev yada salıb ki, bir müddət öncə İraq hərbçilərinin əməliyyatları zamanı xilas edilən və azərbaycanlı olduğu bildirilən azyaşlı uşaq artıq Azərbaycana gətirilib və yaxınlarına təhvil verilib.

"Ailə üzvlərinin hamısını terrorçu elan eləməklə problem həll olunmaz"
"Əgər İD-ə qoşulan azərbaycanlıların ailəsində uşaqlar tapılırsa, onlar təbii ki, yaxınlarına və ya qəyyublarına verilməlidir, amma döyüşçü olmuş şəxslər məsuliyyətə cəlb olunmalıdırlar", parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyir.

Deputat hesab edir ki, dairəsi sıxışdırılan İD yaraqlılarının başqa "terrorçu təşkilatların tərkibinə qoşulacağı" ehtimalı yüksəkdir:

"Ancaq bu, ehtimaldır, həmin şəxslər Azərbaycana qayıda bilər və onlarla bağlı qanunamüvafiq ölcülər götürülməlidir. Biz müvafiq qanuna dəyişiklik edib bu cür davranışların cinayət məsuliyyəti daşıdığını göstərdik. Ancaq məlumdur ki, bəziləri özləri ilə ailələrini də aparıblar. Onların ailə üzvlərinin hamısını terrorçu elan eləməklə problemi həll etmək olmayacaq".

"Ailələr təhlükəsizlik süzgəcindən keçirilməlidir"

BBC Azərbaycancaya müsahibəsində keçmiş milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər deyib ki, sıxışdırılan İD üzvlərinin hansı ölkələrə səpələnəcəyi təkcə Azərbaycanı yox, digər ölkələri də narahat edir:

"Yəqin ki, onların bir hissəsi öz vətəninə dönməyə çalışacaq. Bu zaman İD-nin, ya onun arxasında duran qüvvələrin hansı tapşırığı verəcəyindən, o şəxsin davranışlarından çox şey asılıdır".

Sülhəddin Əkbər deyir ki, İD sıralarında döyüşənlər məsuliyyətə cəlb edilməlidir, ancaq onların vətəndaşlıqdan məhrum edilməsi düzgün olmazdı.

"O şəxslərin ailələri isə təhlükəsizlik süzgəcindən keçirilməlidir", keçmiş nazir müavini vurğulayır.

Dövlət Təhükəsizlik Xidmətinin rəisi Mədət Quliyev sentyabrın 24-də bildirib ki, "ümumilikdə 900-dək azərbaycanlı İŞİD terror təşkilatına qoşulub" və onlardan 85 nəfəri hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

2015-ci ildə qanunvericiliyə edilən dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı onun vətəndaşlığının itirilməsi ilə nəticələnir (musavat.com).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar