İsveçli dünya starı karyerasını İngiltərədə davam etdirəcək
“AzPolitika” xəbər verir ki, məşhur futbolçu Zlatan İbrahimoviç bundan sonra İngiltərənin “Mançester Yunayted” klubunun şərəfini qoruyacaq. AVRO-2016-da İsveç milli komandasının da şərəfini qoruyan Zlatan, “Mançester Yunayted”ə keçidi barədə rəsmi facebook səhifəsində məlumat verib.
Xatırladaq ki, İbrahimoviç Fransanın “PSJ” klubunun formasını geyinirdi
pia.az