Qarabağ döyüşçüsü, Azərbaycanın Milli qəhrəmanı İbad Hüseynova Türkiyə vətəndaşlığı veriləcək
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş naziri Hasan Cəlal Gözəl bu gün İ.Hüseyovun yubileyi münasibəti ilə təşkil olunan tədbirdə deyib.
O bildirib ki, Türkiyə vətəndaşı olmaq İ.Hüseynovun böyük arzusu idi. Bu gün onu bu şad xıəbəri veririk ki, ona bir həftə sonra bu sənədi təqdim edəcəyik.
Keçmiş nazir həmçinin ona ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Eyni zamanda İbad Hüseynova Türkiyənin Bayraq medalını təqdim edib.
pia.az