Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

I sinfə qəbul üçün 58 min müraciət olunub

İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib


Təhsil Nazirliyindən verilən məlumata görə, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir.

İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Belə ki, paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günədək 42 325 sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5776, Gəncə şəhəri üzrə 3802, Sumqayıt şəhəri üzrə 5353 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.(Trend)

pia.az
Etiket:

loading...