Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IV İslam Həmrəyliyi Oyunlarının maskotları təqdim edilib


Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ictimaiyyətə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının maskotlarını təqdim edib


PİA.AZ Trend-ə istinadən xəbər verir ki, Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları IV İslam Həmrəyliyi oyunlarının maskotu olaraq cəmiyyətə nümayiş olunub.

İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar.

"İncə" atı zəriflik və gözəllik nümunəsi olması ilə bərabər, eyni zamanda incəliyi və məlahəti əks etdirir. "İncə" adət-ənənələri və milli dəyərləri təmsil edir.

Məharətli, mərd və məqsədyönlü "Cəsur", digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan "Cəsur" mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə tanınır.

Bu gündən etibarən IV İslam Həmrəyliyi oyunlarının maskotları olacaq "İncə" və "Cəsur" oyunlar öncəsi və zamanı xalqımızı oyunlarının bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarımızda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaqlar.

Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı və real görünüşə sahib olacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar