Xəbər xətti

25 MAY

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro

12:48 Oğlu olmayıb, xanımından isə ayrılıb - Azərin yalanı

12:43 Şou aləmində qalmaqal yenidən alovlandı



ANALİZ

...

İTV direktorluğu ilə bağlı müəmma böyüyür –Qanunu bilməməzlik, yoxsa... ?

Tarix 16.05.18, 9:36

Font ölçüsü : - / +
bitmap-img6


«İTV-nin Yayım Şurasının xəbəri olmadan mediaya xəbər ötürülüb. Kim tərəfindən xəbər ötürüldüyünü biz bilmirik


O xəbəri Yayım Şurası ötürməyib», – «İctimai TV»nin Yayım Şurasının üzvü Azər Həsrət qurum ətrafında baş verənlərdən danışarkən Azadlıq Radiosuna belə deyir.

Mayın 11-də xəbər agentlikləri, o cümlədən rəsmi xəbər agentliyi AZƏRTAC İctimai Televiziya və Radio Yayımları Şurasının iclasında baş direktor Cəmil Quliyevin səlahiyyətlərinə xitam verildiyi barədə informasiya yaydı. İnformasiyada həmçinin, Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçildiyi deyilirdi.

Bundan sonra məsələ sosial mediada geniş müzakirə edilməyə başlandı. Mütəxəssislər bunu qanun pozuntusu kimi dəyərləndirdilər. Xüsusən də İctimai Teleradio Yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbinin pozulduğu vurğulanırdı. Çünki qanuna görə, sözügedən quruma baş direktor təyin edilmir, seçilir.

Hər 4 ildən bir baş direktorluğa namizəd seçimi elan olunmalı, 10 gün ərzində namizədlər irəli sürülməli, sonra Yayım Şurasının azı 6 üzvünün səs verdiyi namizəd bu posta seçilməlidir.

Sonuncu dəfə bu vəzifəyə seçki ötən il – 2017-ci ilin aprelində keçirilib.

«Üzrü günahından betər»

«Cəmil Quliyevin 4 ildən tez getməsi bu prosesi dəyişməz. Yenə boşalan yerə müsabiqə keçirilməli idi. Heç olmasa, qanunlara baxmağı da artıq hesab edirlər», – media üzrə hüquqşünas Ələsgər Məmmədli Facebook-da yazır.

Bu müzakirələrin sonucu olaraq üç gün sonra Milli Televiziya və Radio Şurası ayrıca seçkilərin keçiriləcəyini bəyan etdi. Üstəlik də, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya deyib ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o bu vəzifəni müvəqqəti icra edir.

Ə.Məmmədlinin qənaətincə, bu, «üzrü günahından betər» addımdır. O, sual edir: «İTV-nin baş direktorunun istefası baş veribsə, onun yerinə seçilməmiş bir şəxs müvəqqəti necə gələ bilər?».

Amma məsələ bununla bitmir. Eyni gündə İTV Yayım Şurasının üzvü A.Həsrət Azadlıq Radiosuna deyir ki, səlahiyyətlərinə xitam verilən C.Quliyevdən bu vəzifəni bir neçə gün müvəqqəti icra etməsini istəyiblər.

«Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəylinin qənaətincə, addım atılıb, ancaq sonradan səs-küy qalxdığını görüb «formal seçki» keçirmək qərarına gəliblər. O, güman edir ki, baş direktor yenə Balakişi Qasımov olacaq: «Mənə elə gəlir ki, İTV direktorluğu ətrafında hansısa oyunlar gedir. Ola bilsin, hansısa qruplaşma məsələsidir. Hansısa qruplar mübarizə aparır. Hamıya bəllidir ki, İTV rəhbərliyi seçki yolu ilə seçilir. Amma mayın 11-də Cəmil Quliyev qəflətən getdi. Onun yerinə Balakişi Qasımov təyin edildi. Həmin gün Ələsgər Məmmədli də, mən də yazmışdım ki, seçkili quruma təyinat ola bilməz. Görünür, bu, kimlərəsə təsir edib və bundan sonra hərəkətə keçiblər. İTV-nin Yayım Şurasını, Milli Televiziya və Radio Şurasını işə salıblar ki, vəziyyətdən çıxsınlar. Pis vəziyyətdə qalmasınlar, beynəlxalq aləmdə səsi-sorağı çıxmasın deyə, belə addım atıblar».

«Biz də çaşqınlıq içindəyik»

Azadlıq Radiosu isə bu «müəmmalı» xəbəri A.Həsrətlə söhbətdə davam etdirir:

– Deyirsiniz ki, məlumat sızdırılıb. Yəni rəsmi agentlik olan AZƏRTAC-a içəridən məlumat ötürülüb, onlar da dəqiqləşdirmədən veriblər?

– AZƏRTAC-a da ötürülüb. Geniş yayılıb. Yəni şəxsən Yayım Şurasının xəbəri yoxdur. Yəni baş verən odur ki, Cəmil Quliyev səhhətiylə bağlı İTV-nin direktorluğundan getmək haqda istefa ərizəsi yazıb. Biz də yığışmışıq, müzakirə etmişik. Adam getmək istəyirsə, zorla tutub saxlayası deyildik. Sadəcə, xahiş etdik ki, İctimai Televiziya özbaşına qalmasın deyə, bir neçə günlük vəzifəsini icra etsin. O da razılaşdı. Onun istefasını da qəbul etdik. Bu gün də Milli Televiziya və Radio yeni direktor vəzifəsi ilə bağlı elan verib. Hər şey qanun çərçivəsində gedir. Ortada anlaşılmazlıq olub, biz Yayım Şurası olaraq qanun çərçivəsində hərəkət edirik. Amma mətbuatda fərqli xəbərlər dolaşır, hətta tirajlanır da. Təbii ki, biz də çaşqınlıq içindəyik. Bizə də gəlib heç kim deməyib ki, beləmi etdiniz, eləmi etməliydiniz? Çünki Yayım Şurası müstəqil qurumdur. Qanundankənar addım atılmayıb, atılmasına da imkan verə bilmərik.

– Bəs Balakişi Qasımovun adı haradan çıxdı?

– Ola bilsin, Balakişi Qasımovun adı iddialılardan biri kimi hallanır. Normal şeydir. Balakişi Qasımov prodakşn fəaliyyətiylə özünü tanıda bilmiş biridir. Geniş kütlə tanınmasa da, bizim kimi işin içində olan adamlar onu tanıyır. İddialılarda biri kimi adı hallanır. Ola bilsin, özü də iddiasını hansısa formada dilə gətirib, hansısa məkanda açıqlayıb. Bu da normaldır. Yenə də deyirəm, hələ ki, Yayım Şurasında direktor seçkisi keçirilməyib. Buna görə də kiminsə direktor seçilməsindən söhbət gedə bilməz.

– Baş verənlərə baxanda güman etmək olar ki, Balakişi Qasımov İTV-nin yeni sədri olacaq.

– Mən bu məsələdə neytrallığımı qorumağa məcburam. Namizədlərin irəli sürüldüyü mərhələdə mən Yayım Şurasının üzvü olaraq kiməsə simpatiyamı ifadə etsəm, seçimimiz şübhə altına alınacaq.

– Bir daha dəqiqləşdirək. Balakişi Qasımovun adı bu məsələdə təsadüfən hallandırılıb?

– Bu suala cavab verməyim çətindir. Ona görə ki, onun adının niyə hallanması haqda məlumatlı deyiləm. Haqqında oradan-burdan oxumuşam. Özü ilə də təmasım yoxdur ki, soruşam bu nə məsələdir. Eyni zamanda, mənim buna ixtiyarım da yoxdur. Hər halda, onun bizim qabağımızda öhdəliyi də yoxdur.

«Yayım Şurası üzvlərinin açıqlaması özünümüdafiədir», –R.Hacıbəyli deyir.

«Belə başa düşürəm ki, bu addım Yayım Şurasının razılığı olmadan atılıb. Bu, oyuncaq qurumdur. İndiyə qədər onun ortaya müstəqil mövqe qoyduğunu görməmişik, bundan sonra da gözlənilmir. Deyirlər ki, guya bunlardan xəbərsiz informasiya yayılıb. İnformasiyanı isə AZƏRTAC yayıb. Rəsmi dövlət agentliyidir. O, kimlərdənsə xəbərsiz, Prezident Administrasiyasının icazəsi olmadan, dəqiqləşdirmədən hər hansı xəbəri yaymaz», – o, sözlərinə əlavə edir.

AZƏRTAC-dan Azadlıq Radiosuna bildirilib ki, məlumatı onlara elə İTV-nin Yayım Şurası verib: ​«Biz bir daha dəqiqləşdirdik. Xəbərin elə ilk cümləsində də deyilir ki, «İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasından AZƏRTAC-a daxil olan məlumata görə, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib»».


pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru