Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV-nin jurnalisti bacısının intiharı haqda - “Həyatında heç kim yox idi”


“Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb”


Bunu ötən gün canına qəsd edən 23 yaşlı Nigar Vahabovanın bacısı, İctimai televiziyada redaktor işləyən A.Vahabova bacısının ölümü ilə bağlı atv.az-a açıqlamasında deyib.

“Saytlar bacımın ölümü ilə bağlı müxtəlif səbəblər yazırlar, hamısı səhv, yalan məlumatlardır. Bacım sadəcə getmək istədi, getdi, səbəbsiz. Heç nə demədi. Bütün günü əlaqəmiz olub, mənə yazırdı, gülürdük, danışırdıq. Hər şey yaxşı idi, bir anın içində oldu.

Deyirlər guya maddi problemi olub. Onun necə maddi problemi ola bilər? Özünə maşın almaq üçün behini vermişdi, 3 gün əvvəl universitetin təhsil haqqını ödəmişdi, qiyabi oxuyurdu. Bizim ailəmiz elə ailədir ki, heç vaxt söz-söhbət olmur. Hamımız digərimiz üçün canımızı verməyə hazırıq. Sadəcə onun da alın yazısı bu qədər imiş. Həyatında heç kim yox idi, yəni sevgilisi, danışdığı. Sadəcə karyera qurmağı düşünürdü”.

Aytac Vahabova deyir ki, bacısı bir müddət “İki sahil” qəzetinin korrektoru kimi çalışıb: “Bir neçə ay əvvələ qədər orada çalışıb. Sonra xarici şirkətdə işləyirdi. Bacım ya həddindən artıq cəsarətli olub ki, belə bir şeyə cəsarət edib, ya da o qədər zəif olub ki, ona deyilən hansısa söz incidib, qəlbini qırıb. Çox kövrək idi Nigar. Kimsə kiminsə xətrinə dəyəndə o qədər həssas idi ki, ağlayırdı. Çox qorxurdu hər zaman davadan, söz-söhbətdən bəlkə də bu səbəb oldu. Amma həmişə yanımızda idi, heç kimlə problem olmamışdı.

Dünən bütün günü biz danışmışıq. Son olaraq 2-3 saat ərzində əlaqə itdi. Həmişə telefonu kənara atırdı, sonra gəlib görürdü ki, kimsə zəng vurub. Ona görə əvvəl fikirləşdim ki, yəqin zəngimi görmür. Düşündüm ki, həmin müddətdə ingilis dilinə gedirdi deyə onun dərsləri ilə məşğuldu. Sonra xəbər çıxmadıqca narahat olduq, evə gəldik. Biz evə gələndə artıq gec idi. Yanında heç kim olmayıb. Hamımız işdə olmuşuq, qardaşım da orta məktəbdə oxuyur deyə dərsdə olub. İki bacı, bir qardaş idik.

Heç birimiz onun ölümü ilə bağlı bir şey düşünə bilmirik. İndi sanki onun yenidən diriləcəyinə inanırıq. Elə bilirik yenə yanımıza gələcək. Yanımızda olmadığını dərk edə bilmirik deyə, hansı səbəbdən canına qəsd etdiyinin səbəbini də düşünə bilmirik”.

Qeyd edək ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Nigar Tahir qızı Vahabova yaşadığı evin yataq otağında özünü asaraq intihar edib. O, Kooperasiya Universitetinin maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar