Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV-də inqilabi dəyişiklik: Rüşvətə son


İctimai Televiziyada (İTV) köhnə rəhbərliyin yola salınmasından sonra köklü dəyişikliklər gedir


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, uzun illər AzTV sədri Arif Alışanovun tapşırıqlarından, maddi maraqlarından asılı duruma düşən İTV-də artıq şərtlər dəyişib.

İlk olaraq, Arif Alışanovun İTV-yə uzanan maraqlarının qarşısı alınıb, onun bu kanaldakı "kassiri" Şahin İbrahimovun məşhur seyfi yığışdırılıb. 

Yeni rəhbərlik İTV-də rüşvətə son qoyulduğunu, belə bir hərəkətə yol verənlərin hüquq-mühafizə orqanlarına təhvil veriləcəyini, şəffavlığın əsas hədəf olduğunu bildirib. 

Bir çox verilişlərin dərhal bağlandığı, köklü kadr dəyişikliklərinə hazırlıq getdiyi də bildirilir.

Yaxın günlərdə AzTV rəhbərliyinin də yola salınacağı və bu dövlət kanalında da islahatlara başlanacağı vurğulanır.

Xatrladaq ki, may ayının 11-də İTV-nin direktoru Cəmil Quliyev kanalın Yayım Şurasına müraciət edərək səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Hazırda İTV-nin baş direktoru vəzifəsini müvəqqəti olaraq Balakişi Qasımov icra edir. Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar