Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD tablosunun arxası


Və ya Yaxın Şərq savaşlarının qazananları və uduzanları


ABŞ-ın keçmiş müdafiə naziri və bir müddət Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş Leon Panetta deyib ki, İŞİD-ə qarşı mübarizə 30 il davam edə bilər. Ardınca da izah edib ki, bunun əsas səbəbi Obamanın İraqdan ordunu tez çıxarması və Suriyada müxalifət adına hər kəsi silahlandırmasıdır. Bu müsahibə ilə eyni vaxtda İŞİD komandirlərindən biri Amerikanın “Wall Street Journal” qəzetinə bildirib ki, ABŞ hərbi hava qüvvələri daha çox İŞİD-in boşaldılmış düşərgələrini vurur. Deməli savaşın daha çox uzanmasının başa səbəbləri də var... 

İŞİD bir həftədən çoxdur ki, Suriya-Türkiyə sərhədində yerləşən və Suriya kürdlərinin əsas mərkəzlərindən olan Kobani (Aynul Ərəb) şəhərinə hücum edib. Təkcə son günlərdə davam edən döyüşlərdə 130 min kürd Suriyanı tərk edərək Türkiyəyə qaçıb. Türkiyə hökuməti isə bəyan edib ki, İŞİD-ə qarşı əməliyyatlara yalnız Əsədi devirmək üçün qatıla bilər. Rəsmi Bağdad isə İŞİD-in bombalanmasını dəstəkləsə də, ölkə ərazisinə xarici ölkə silahlı qüvvələrinin daxil olmasına qarşıdır. Əlbəttə, Bağdad ikinci işğalı yaşamaq istəmir.

Mənzərə qarışıq görünə bilər, amma əslində hər şey çox açıq-aydındır. Yaxın Şərq əslində hər zaman belə olub. Hər kəs öz oyununu oynayıb. İndi isə meydan o qədər daralıb ki, hər şey açıq gözlə də görülür. Bir neçə il Suriyanın şimalında kürd (YPG), İŞİD, Azad Suriya Ordusu, “ən-Nusra” kimi qruplaşmalarla savaşı bacarmayan Bəşər Əsəd qoşunları şimal bölgələrindən çəkdikdən sonra o bölgə yerdə qalan qruplaşmalar arasında nüfuz savaşının meydanına çevrildi. İndi isə son aylarda güclənən İŞİD kürdləri əzməyə çalışır. Və təbii ki, bu vəziyyət Ankaraya sərf edir. Sonucda iki qəddar düşmən bir birini məhv etməyə çalışır. Bəlli olduğu kimi PKK Suriyada yaradılıb və indi də YPG ilə müttəfiqdir. Savaş istənilən halda PKK-YPG cütlüyünü zəiflədir. Bu durum təbii ki, Ankara ilə yanaşı Ərbili də təmin edir. Bu səbəbdən Məsud Bərzani canbir-qanbir xalqının Kobanidə göz qabağında qırılmasına göz yummaz, dəstək göndərə bilərdi. Amma Ərbil Kobani döyüşlərini sadəcə müşahidə edir. 

İran Suriyadan sonra ikinci əsas müttəfiqi və sərhəd ölkəsinə xarici müdaxiləyə qarşıdır, bunu gizlətmir. Ancaq aydındır ki, İranın xarici xüsusi əməliyyatlar briqadası “Qüds” və onun komandiri Qasim Süleymaninin son fotoları İraq kürdləri ilə birlikdədir. Ərəb ölkələri isə İŞİD-in tam yox olmasını istəməsələr də, nəzarət altında olmasını istəyirlər. Buna görə də Qərb koalisiyasında ilk yer alanlar da onlar oldular. Ancaq təbii ki, hər bir ölkənin Yaxın Şərqdəki siyasi situasiya ilə bağlı, İŞİD reallığı ilə bağlı öz yanaşması var. Bunu açıq sezmək mümkündür. 
ABŞ hökuməti bu arada İŞİD-ə qarşı mübarizəyə 1,1 milyard dollar xərclədiyini açıqlayıb. Bu məbləğə çox işlər görülsə də, məlum olub ki, ABŞ aviasiyası İraqSuriyada ümumilikdə 361 (böyük çoxluğu İraq ərazisində - K.) zərbə endirib. Son həftələrdə isə bombalamaya Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı qoşulub. Ancaq görünür. bu bombaların çox hissəsi boş hədəflərə dəyir. Çünki bombardmandan sonra İŞİD daha da güclənərək kürdləri xeyli dərəcədə sıxışdırıb, yüzlərlə kəndi ələ keçirib. 

Yazar : Kənan RÖVŞƏNOĞLU


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

İran siyasətinin qorxulu adamı - Mahmud Əhmədinejad...

Ən çox oxunanalar