Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD kölə qadınları internetdə satır


İraq Şam İslam Dövləti (İŞİD) üzvlərinin Facebook vasitəsilə paylaşdığı bəzi mesajlar ciddi cinayətlərin üstünü açıb


Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bu mesajları araşdıranda bəzi üzvlərin əsir alaraq kölələşdirdikləri qadınları satmağa çalışdıqlarını üzə çıxarıb.

İŞİD-in sosial media hesablarını araşdıran Orta Şərq Media Araşdırmaları İnstitutu rəhbəri Steven Stalinski “Washington Post”a verdiyi açıqlamasında bildirib ki, terrorçular kölə qadınları satmağa çalışmaqla bu günə qədər nümayiş etdirdikləri cinayətlərə bir yenisini daha əlavə edib. Mayın 20-də Facebookda Əbu Əsad Almani adı ilə belə bir mesaj paylaşılmışdı: “Kölə almağı düşünən bütün qardaşlara səslənirik: bu kölə 8 min dollardır”. Mesaja əlavə olunan şəkildəki gənc qadın fotoqrafa baxmayaraq gülümsəməyə çalışaraq poza verib.
Almani adı ilə bir neçə saat sonra paylaşılan bir başqa mesajda isə bir başqa qadının şəkli yer alır: “8 min dollara bir başqa qul”. Bu mesaja əlavə olunan şəkildəki qadının isə solğun bir üzünü və qızarmış gözləri diqqəti çəkir.

Amma bu şəkil və mesajlar bir neçə saat sonra Facebook tərəfindən silinib.
Mesajları paylaşan profil sahibinin kölə edilən qadınları öz adına satdığı və ya başqa insanların satdığı kölələrlə bağlı status paylaşdığı məlum deyil. Bundan başqa, mesaj sahiblərinin həqiqətən də İŞİD üzvü olduğunu dəqiqləşdirmək də mümkün olmayıb.

İnsan Haqları İzləmə Təşkilatı kürd yetkililərinin məlumatlarına istinad edərək acılayıb ki, İŞİD-in əlində təxminən 1800 nəfər kölələşdirilmiş qadın var. Sözügedən təşkilatın əməkdaşı “Skye Wheeler Washington Post”a açıqlamasında bildirib: “Bu qadınlar İŞİD-in əlində qalmağa davam etdikləri hər gün təcavüz, uşaqlardan ayrılma, alınıb satılma kimi əziyyətlərə daha çox məruz qalır və həyatları daha da dözülməz bir hala gəlir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar