Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD dönəmi bitdi, neft yataqlarının bölüşdürülməsi dönəmi başladı - Suriyada ABŞ, Türkiyə və Rusiya anlaşa bilərmi?


Politoloq: “Suriyanın ən zəngin bölgəsini əlində saxlamağa çalışan ABŞ Suriyanın gələcəyinin müəyyən olunmasında əsas söz sahibi olacaq”


““Zeytun budağ”ı hərbi əməliyyatı hazırda Suriyada ABŞ-ın yaratmaq istədiyi kürd muxtariyyətinə qarşı aparılır. Rusiyada məhz bu məsələdə Türkiyə ilə həmrəy olduğu üçün əməliyyatlara dəstək verib”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyə mətbuatının yazdığına görə Suriya ilə bağlı ABŞ-Türkiyə-Rusiyanın gözlənilən zirvəsini PİA.AZ-a şərh edərkən qeyd edib. 

Qeyd edək ki, dünən axşam saatlarında Suriyada Bəşər Əsəd rejimini müdafiə edən və İrana bağlı şiə silahlı qruplaşmaları Türkiyə ordusunun mühasirəyə almağa çalışdığı Afrinə daxil olub. “Reuters” agentliyi “Hizbullah”ın telekanalına istinadən şiə yaraqlılarının YPG kürd qruplaşmasının nəzarət-buraxılış məntəqəsindən keçərək Afrinə daxil olmasına dair görüntüləri yayıb. Görüntülərə əsaən şiə yaraqlıları əsasən yüngül silahlarla silahlanıb və “pikap” tipli avtomobillərdə hərəkət edir, lakin onları bir neçə zirehli texnika və artilleriya qurğusu da dəstəkləyir. Daha sonra isə yayaılan məlumatda bildirilirdi ki, Əsədi dəsətkləyən İrana bağlı şiə qüvvələri Afrinə daxil ola bilməyib. Xəbərlərə görə Türkiyə aviasiyası şiə qüvvələrinin hərəkət etdiyi istiqamətlərə zərbələr endirib və nəticədə “Hizbullah” birləşmələri geri çəkilib.

Xatırladaq ki, Türkiyə ordusu bir aydır ki, Afrini PKK-ya bağlı YPG/PYD qüvvələrindən təmizləmək üçün hərbi əməliyyatlar aparır. Son məlumatlara görə Afrində küçə döyüşləri aparmaq üçün Türkiyə ordusunun əlavə qüvvələri səfərbər edilir.

O da məlumdur ki, Fərat çayının sağ sahilində Suriyanın böyük neft və qaz yataqları var. Hazırda bu yataqlar ABŞ-ın dəstəklədiyi kürd terrorçularının nəzarəti altındadır və bu yataqlara nəzarəti ələ keçirmək artıq Suriya səhnəsində yer alan bütün oyunçuların birbaşa marağı daxilindədir və belə çıxır ki, bu yataqlara nəzarət edən güc həm də Suriyanın gələcək hökuməti olacaq. Xatırladaq ki, fevralın 7-də Rusiyaİran muzdluları həmin neft yataqlarına nəzarəti ələ keçirmək üçün düzənlədikləri əməliyyat böyük itkilərlə başa çatıb. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə ABŞ aviasiyasının zərbələri altında 200-dən artıq rus muzdlusu ölüb, yaralılarla birlikdə isə rusların itkisi 660 nəfərdən artıqdır. Rusiya qaynaqları daha əvvəl bu faktı təsdiqləməkdən yayınsalar da, dünən Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qismən də olsa, rus muzdlularının itki verdiyi təsdiqlənib. 

Məhz Suriyanın enerji yataqlarına nəzarət üstündə son zamanlar Suriyada vəziyyət həddindən artıq gərgindir və hərbi əməliyyatlarda artıq ayrı-ayrı dşvlətlərin dəstəklədiyi silahlı birləşmələr deyil, böyük güclərin nizami orduları iştirak edir. Bu isə Suriyada hər an dövlətarası müharibənin başlaması təhlükəsini yaratmaqdadır. Görünən odur ki, Suriyada İŞİD dşnəmi bitdikdən sonra bu ölkənin neft və qaz yataqlarını ələ keçirmək uğrunda ciddi savaş başlayıb. 

Hazırda ABŞ-ın nəzarətində olan neft və qaz yataqlarının ələ keçirilməsi üçün Rusiya, Türkiyə, İran mübarizə aparsa da, əslində bu üçlüyün maraqları da fərqlidir və bu məsələdə heç də əlbir çalışa bilmirlər. 

Rusiya mətbatının yaydığı xəbərə görə Putin aprel ayında prezident seçkilərindən həmən sonra Türkiyəyə səfər edəcək və Suriya probleminin Ərdoğanla  müzakirə edəcək. 

Eyni zamanda Türkiyə mətbuatının yazdığına görə isə Suriya ilə bağlı ABŞ-Türkiyə-Rusiya zirvəsi gözlənilir. Qeyd edilib ki, Makmaster, Mettis və Tillersonla keçirilən görüşlərdən sonra Vaşinqton Türkiyəyə yönəlik önəmli yeni qərarlar almaq üçün çalışmalar dövrünə başlayıb. Rusiya ilə əldə edilən anlaşmaya uyğun olaraq isə öz nəzarətindəki Fəratın şərqi haqda da mühüm addımları Türkiyənin aktiv dəstəyini almadan ata bilməyəcəyini görən Vaşinqton bu mənada YPG ilə qurduğu münasibəti də gözdən keçirməyə başlayıb. Həçinin bildirilib ki, Vaşinqton Moskvanın da YPG ilə münasibətlə bağlı sürətli, təsirli addımlar atmağa başladığını görür və bu kartı da qeyb edərsə, bölgədə onsuz da zəifləmiş gücünü daha da davamlı formada qeyb edə biləcyini təsbit edir. Gözlənilən üçtərəfli sammitdə Suriyanın enerji yataqları ilə bağlı ətrafında ABŞ, Türkiyə və Rusiya anlaşa bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.



Məhəmməd Əsədullazadə: “Vaşinqton bu ərazilərlə bağlı Rusiya və Türkiyə ilə anlaşmaya getməyəcəyini gözləyirəm”.


Hazırda Rusiya, Türkiyə və İran Suriyada koordinasiyalı fəaliyyət göstərdiyini qeyd edən politoloq Məhəmməd Əsədullazadə PİA.AZ-a açıqlamasında vurğulayıb ki, bu koordinasiyalı əməkdaşlıq ABŞ-ın Suriyada planlarının pozulmasına yönəlib. Rusiyada prezident seçkilərindən sonra isə Putinin Türkiyəyə səfəri, yenidən Moskva, Ankara və Tehranın üçlük formatında əməkdaşlğının İstanbulda keçirilməsi əsasən Türkiyənin Suriyada Afrin əməliyyatı ilə mövqeyini gücləndirməsindən irəli gəlir:

“Türkiyənin şimali Suriyada Afrin regionunda YPG terrorçularına qarşı anti-terror əməliyyatı rəsmi Ankaranın öz sərhədləri yaxınlığında təhlükəsizliyinin təmin olunmasından irəli gəlir. “Zeytun budağ”ı hərbi əməliyyatı hazırda Suriyada ABŞ-ın yaratmaq istədiyi kürd muxtariyyətinə qarşı aparılır. Rusiyada məhz bu məsələdə Türkiyə ilə həmrəy olduğu üçün əməliyyatlara dəstək verib. Ümumiyyətlə rəsmi Kreml ABŞ-ın Suriyadakı fəaliyyətini və burada kürd terrorçularını silahlandırmasını qəbul etmir. Bununla bağlı rusiyalı rəsmilər Vaşinqtonu Suriyanı bölməyə çalışdığını daima qeyd edirlər. 

Hazırda Rusiya, Türkiyə və İran Suriyada koordinasiyalı fəaliyyət göstərir. Əsasən bu koordinasiyalı əməkdaşlıq ABŞ-ın Suriyada planlarının pozulmasına yönəlib. Rusiyada prezident seçkilərindən sonra isə Putinin Türkiyəyə səfəri, yenidən Moskva, Ankara və Tehranın üçlük formatında əməkdaşlğının İstanbulda keçirilməsi əsasən Türkiyənin Suriyada Afrin əməliyyatı ilə mövqeyini gücləndirməsindən irəli gəlir. 

Məhəmməd Əsədullazadə: “Hətta Suriyada federasiya quruluşu tətbiq edilsə də, Vaşinqton bu ərazilərdən çıxmayınca, burada yerli kürd muxtariyyəti yaradacaq”.


Qeyd edim ki, Fəratın Şərqində neft-qaz yataqları kürd terrorçularının nəzarətində olmaqla ABŞ-ın bu ərazilərdə nə qədər maraqlı olduğunu göstərir. Bunu Rusiyanın “Vaqner” özəl hərbi muzdlularının ABŞ-ın nəzarətində olan kürd terrorçularına qarşı hərbi əməliyyatında bombaladığı bir daha göstərdi. ABŞ göründüyü kimi neft-qaz yataqlarını digər ölkələrlə bölüşmək istəmir və burada əsas nəzarəti öz əlində saxlayır. Hətta Suriyada federasiya quruluşu tətbiq edilsə də, Vaşinqton bu ərazilərdən çıxmayınca, burada yerli kürd muxtariyyəti yaradacaq. 

Demək olar ki, Suriyanın ən zəngin bölgəsini əlində saxlamağa çalışan ABŞ Suriyanın gələcəyinin müəyyən olunmasında əsas söz sahibi olacaq.Əgər neft-qaz və münbit ərazilər kürdlərin nəzarətinə verilib, ABŞ bu regionda qalarsa, Suriyada iqtisadi inkişaf və siyasi sabitlikdən söhbət gedə bilməz. Vaşinqton bu ərazilərlə bağlı Rusiya və Türkiyə ilə anlaşmaya getməyəcəyini gözləyirəm. Necə ki, Şimali İraqda kürd muxtariyyətini yaradanda bunu təkbaşına etdi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar