Naməlum şəxs İndoneziyanın Şimali Sumatra əyalətinin inzibati mərkəzi Medan şəhərindəki katolik kilsəsində moizə zamanı partlayıcı qurğunu işə salıb
Publika.az xəbər verir ki, partlayış zamanı pastor və yaraqlının özü xəsarət alıb. Hazırda ətraf ərazi mühasirəyə alınıb, polis kilsədə axtarış aparır.
Şahidlərin ifadələrinə görə, partlayıcı qurğunu işə salan İŞİD terror qruplaşmasının üzvü olub. (Report)
pia.az