Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD Azərbaycandan nə istəyir?


Son günlərdə İslam dünyası başda olmaqla, bütün dünyaya dəhşət saçan İŞİD, açıqlamalarıyla Azərbaycanı da hədələyir


Buna misal, İŞİD-in yaydığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın avtomobillərini ələ keçirdikləri ilə bağlı, həqiqətə uyğun olmayan xəbərləri göstərmək olar.

Azərbaycan dünyada ən böyük tolerantlıq potensiyalına malik 5 dövlətdən biridir”

Politoloq, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Simsar.az-la İŞİD-in Azərbaycana qarşı nifrətinin səbəbi, İŞİD terror təşkilatının beynəlxalq siyasi arenaya necə çıxması və terrorçu qruplaşmanın himayədarları ilə bağlı fikirlərini bölüşdü.

İŞİD-in Azərbaycanla problemi nədir?

Elman Nəsirov:

Azərbaycanın həyata keçirdiyi tolerant siyasət İŞİD-ə sərf eləmir”

Məsələ ondadır ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət, bəzi müəyyən qüvvələrin xoşuna gəlmir. Çünki bu siyasət ölkənin milli maraqlarına söykənən müstəqil siyasətdir. Və bəzən müəyyən dövlətlərin və ya transmilli qurumların da, belə siyasət xoşuna gəlmir. Azərbaycan dünyada dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun məkanına çevrilib. Dünyaya ideal bir model təqdim edir. Eyni zamanda 2013-cü ildə Beynəlxalq Tolerantlıq Günü zamanı elan edildi ki, Azərbaycan dünyada ən böyük tolerantlıq potensiyalına malik 5 dövlətdən biridir, yəni Azərbaycan ilk beşlikdə yer alıb. Belə olan vəziyyətdə Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birgə, mehriban yaşayırlar. Eyni zamanda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi 6 ay ərzində məhz mədəniyyətlər arası, dinlər arası dialoqla bağlı çoxsaylı tədbirlər keçirəcəyini artıq bəlli edib. İŞİD kimi beynəlxalq terorçu təşkilatlar, bu reallıqları, bu siyasəti həzm edə bilmirlər, çünki, onlar daha çox, dinlərarası toqquşmalar zəminində öz maraqlarını həyata keçrirlər.

Azərbaycan xaos yaratmaq istəyənlər üçün bir təhlükədir”

Azərbaycanın bu sferada həyta keçirdiyi barışdırıcı siyasət, İŞİD tərəfindən öz siyasətlərinə bir təhlükə kimi görünür. Onlar çalışırlar ki, idarəolunan xaos vəziyyətini yaratsınlar. Lakin bizdə mövcud siyasət buna imkan vermir. Bu gün Azərbaycanla bağlı bu terrorçu təşkilatın davranışında belə hədələyici fikirlərin səslənməsi, həmin reallıqdan qaynaqlanır. Hesab edirəm ki, bu təşkilata maliyyə dəstəyi verən, ona köməklik edən ayrı-ayrı subyektlər bu məsələdə qızışdırıcı rol oynayırlar.

“İŞİD vasitəsiylə Azərbaycana təziq göstərmək istəyirlər”

Onlar İŞİD-in fəaliyyətindən Azərbaycana təziq elementi kimi istifadə etməyə çalışırlar. Lakin bunlar hamısı nəticəsi olmayan məsələlərdir. Çünki Azərbaycan regionda lider dövlətdir, siyasi sabitlik və ölkə rəhbərinin siyasi iradəsi var. Azərbaycan bu gün çox qarışıq, gərgin bir dünyada sabitlik adasına bənzəyir. Müsəlman dünyasında çox ciddi qarışıqlıq var, siyasi katalizmlər islam dünyasını öz caynaqlarına alıb. Belə vəziyyətdə Azərbaycan müsəlman dünyasının özündə bir sabitlik ölkəsi, bir modeldir. Hesab edirəm ki, bunu həzm edə bilməyən qüvvələr, İŞİD kimi terrorçu təşkilatlar anti-Azərbaycan fikirləri səsləndirirlər.

İŞİD Azərbaycana təziq göstərə bilərmi? 

Elman Nəsirov:

“İŞİD-in taktikası üçün Azərbaycanda münbit şərait yoxdur”

Azərbaycanda heç bir daxili təhlükə yoxdur. Ölkə prezidenti İlham Əliyev bunu dəfələrlə qeyd edib. Azərbaycanda siyasi sabitlikdir, ən başlıcası onların irəli sürdükləri taktikanın işləməsi üçün ölkə daxilində heç bir münbit şərait yoxdur. Azərbaycanda məzhəbçilik zəminində toqquşma olsaydı, bəli, həmin terror təşkilatı bundan faydalana bilərdi. Lakin Azərbaycanda nəinki məzhəbçilik zəminində problemlər yoxdur, ümumiyyətlə Azərbaycan bu sferada dünyanın digər ölkələrinə nümunədir. Məhz bu reallıqlar həmin o qüvvələri qıcıqlandırır.

İŞİD necə yarandı?

Elman Nəsirov:

ABŞ vaxtı ilə Üsamə bin Ladendən Sovetlərə qarşı istifadə edirdi”

Soyuq Müharibə dövründə beynəlxalq terrorçu qüvvələrin özləri idarə olunurdu. O dövrdə Sovet İttifaqı müəyyən qruplaşmaları, Birləşmiş Ştatlar digərlərini idarə edirdi. Məsələn, Əfqanstanda ABŞ Əlqaidədən, Üsamə bin Ladendən Sovet İttifaqına qarşı istifadə edirdi. Amma Sovet İttifaqı dağıldıqdan sonra beynəlxalq terrorçuların aktuallığı və əhəmiyyəti itdi. Çünki onlar oynadıqları funksiyanı daha oynaya bilməyəcəkdilər. Qlobal oyunçulardan biri, Sovet İttifaqı siyasi səhnədən çıxmışdı. Və bu zaman beynəlxalq terrorçular sanki sahibsiz qaldılar. Bundan sonra onlar özlərinə müəyyən funksiyalar təyin edib, hədəflər seçməyə başladılar. İndi də həmin siyasət davam etməkdədir. Beynəlxalq terror təşkilatları özlərinə iş tapmağa çalışırlar və lokal və regional səviyyədə onlar daha böyük beynəlxalq subyektlərin əlində bir vasitəyə çevrilirlər.

“Amerika İŞİD rəhbəri Bağdadini niyə azad etdi?”

Burda bir faktı yaddan çıxarmaq olmaz ki, Amerika Birləşmiş Ştatlarının qoşunları İraqa girəndə, bu gün İŞİD-ə rəhbərlik edən əsas şəxslərdən biri, Əbu Bəkr Əl Bağdadi Amerika qonşularına qarşı döyüşürdü. O, Amerika tərəfindən ələ keçrilsə də, bir müddət sonra, ABŞ-ın İraqdakı komandanlığı onu azad elədi. Sual yaranır: terrorçunu, Birləşmiş Ştatlara qarşı döyüşmüş bir insanı niyə ABŞ azad etdi? Bu sual çox düşündürücüdür. Mən o fikirdəyəm ki, bu beynəlxalq qüvvələr lazım gələndə fəallaşdırılır, lazım gələndə onların fəaliyyəti dondurulur və onlar sadəcə idarə olunurlar. Əks təqdirdə nə onların maliyyə imkanı olardı, nə də sıraları bu qədər zənginləşərdi. Yəni hesab edirəm ki, onlar daha böyük siyasi oyunçuların əlində bir alət kimidirlər. Və lazım gələndə onlar öz funksiyalarını yerinə yetirdikdən sonra, bu terror təşkilatlarını siyasi səhnədən asanlıqla silmək olur. İŞİD necə siyasi səhnəyə sürətlə girdi, eləcə də sürətlə silinə bilər. Hələlik onlar idarə olunan xaos vəziyyətini yaratmaq üçün gərəklidirlər.

“Xaos olan regionu daha rahat idarə etmək olur”

Nəzərə alsaq ki, bu gün İraqda şiələrin lideri Maliki hökuməti ilə Amerika arasında narazılıq var. Və İŞİD üzvlərinin böyük əksəriyyətinin sünnilər olduğu sirr deyil. Bu faktları da nəzərdən qaçırmaq olmaz. Təəssüf ki, bu gün ayrı-ayrı beynəlxalq birliklərin subyektləri terrorçu təşkilatların vasitəsi ilə, ayrı-ayrı regionlarda xaos vəziyyəti yaradırlar. Bu halda böyük dövlətlərin o regionu idarə etməsi asanlaşır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar